08 Yanvar 2025, Çərşənbə

Oktyabrın 23-də İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurban­əli Səadətin rəhbərliyi ilə nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına ikigünlük səfərə gəlmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət və onu müşayiət edən nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları səmimiyyətlə salamlayan Ali Məclisin Sədri Qərbi Azərbaycan Vilayətinin ostandarına muxtar respublikaya səfər etdiyinə görə təşəkkürünü bildirmiş, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdiyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, hazırda İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq əlaqələri mövcuddur. 1992-ci ildə ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi Urmiyaya səfəri zamanı əsası qoyulan münasibətlər ötən dövrdə uğurla inkişaf etdirilmişdir. Hazırda mədəniyyət, təhsil, iqtisadiyyat, kənd təsərrüfatı və ticarət sahəsindəki əlaqələrin inkişafı məmnunluq doğurur.

Ali Məclisin Sədri 2011-ci ildə Qərbi Azərbaycan Vilayətinə səfəri zamanı imzalanan “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti arasında İqtisadi və Mədəni Sahələrdə Əməkdaşlıq haqqında Memorandum”un qarşılıqlı əlaqələrin inkişafı üçün real imkanlar açdığını diqqətə çatdırmış, münasibətlərin bundan sonra da dostluq və qardaşlıq müstəvisində inkişaf edəcəyinə inamını ifadə etmişdir.
Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət səmimi görüşə və xoş münasibətə görə minnətdarlıq etmiş, muxtar respublikaya ötən səfərlərini və ümummilli lider Heydər Əliyevlə görüşlərini xatırlamışdır. Qonaq Naxçıvan Muxtar Respublikasının uğurlu sosial-iqtisadi inkişafının məmnunluq doğurduğunu bildirmiş, İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini və hər iki tərəfin səyləri ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Söhbət zamanı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əli Əlizadə və İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli görüşdə iştirak etmişlər.
Qərbi Azərbaycan Vilayətinin ostandarı Naxçıvana səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, muxtar respublikanın istehsal müəssisələri və görməli yerləri ilə tanış olacaqdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR