08 Yanvar 2025, Çərşənbə

Sentyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri onu Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmişdir.
Derek Hoqan muxtar respublikaya ikinci dəfə səfər etdiyini, bu səfərin iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafı baxımından faydalı olacağını vurğulamışdır. Qonaq Amerika Birləşmiş Ştatlarından gələn musiqi qrupunun Naxçıvan şəhərində konsert proqramı ilə çıxış edəcəyini bildirmiş, göstərilən səmimi münasibətə və dəstəyə görə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri muxtar respublikada mədəniyyətin inkişafı istiqamətində görülən tədbirləri diqqətə çatdırmış, Amerika Birləşmiş Ştatlarının musiqi qrupu tərəfindən veriləcək konsertin Naxçıvanda maraqla qarşılanacağını bildirmişdir.
Görüşdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR