Azərbaycan Respublikasına rəsmi səfərə gələn Fransa Respublikasının Prezidenti Fransua Ollandın mayın 12-də rəsmi qarşılanma mərasimi olmuşdur.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Fransa Prezidenti Fransua Ollandın ölkəmizə rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmi vurğulandı. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
Mayın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi olmuşdur.
Mayın 12-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın mətbuat konfransı olmuşdur. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər.
Mayın 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-Fransa Biznes Forumu keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Olland biznes-forumda iştirak etmişlər.
Dövlət başçıları forumda çıxış etdilər.
AzərTAc