07 Yanvar 2025, Çərşənbə axşamı

Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən uğrunda” medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları muxtar respublikamızın 90 illik yubileyi və mükafatlara layiq görülmələri münasibətilə təbrik edərək demişdir: “Azərbaycanda bütün sahələrdə inkişaf təmin olunmuşdur. Bu inkişafın əldə olunmasın­da fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Döv­lət tərəfindən inkişaf strategiyası müəyyənləşdirilir, müxtəlif sahələr üzrə pro­qram­lar qəbul edilir. Bu inkişaf strategiyası­nın və dövlət proqramlarının icraçıları isə insanlardır”.
Ali Məclisin Sədri demişdir: “Ölkəmizin inkişafında öz fəaliyyəti ilə fərqlənənlərin, Vətəninə və xalqına xidmətdə nümunə göstərənlərin əməyinə dövlətimiz tərəfindən daim yüksək qiymət verilir, onlar medal və fəxri adlarla təltif olunurlar. Bu gün dövlətimizin ali mükafatları ilə təltif olunanlar müxtəlif sahələrdə çalışan insanlardır. Onların əməyinin qiymətləndirilməsi səmərəli fəaliyyətlərinin nəticəsində mümkün olmuşdur. Eyni zamanda əməyə verilən bu qiymət hər bir insanda böyük ruh yüksəkliyi yaradır, onların qurub-yaratmaq əzmini artırır, gələcəkdə daha məhsuldar fəaliyyət göstərməyə sövq edir”.
Ali Məclisin Sədri təltif olunanların bundan sonra daha məsuliyyətlə çalışacaqlarına və nümunəvi xidmət göstərəcəklərinə əminliyini bildirmiş, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri medalların, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Təltif olunanlardan İradə Novruzova, Fariz Bağırov, Məzahir Mirzəyev, Afin Məmmədov, Həbib İbrahimov, Həbibə Allahverdiyeva, Mətləb İbrahimov, Xuraman Əsgərova, Elminaz Məmmədova, Sultan Rzayev, Müzəffər Əsgərov, Ələddin Məmmədov əməklərinə verilən yüksək qiymətə görə dərin minnətdarlıqlarını ifadə etmişlər. Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə daim sadiq olmaq bundan sonra da fəaliyyətin əsasını təşkil edəcəkdir. Çünki dahi şəxsiyyətin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkəmizi, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Bu inkişaf bütün sahələri əhatə edib. Hər bir şəxs də çalışır ki, ölkəmizin inkişafına öz töhfəsini versin. Muxtar respublikanın 90 illik yubileyi ərəfəsində dövlət mükafatına layiq görülmək isə ikiqat qürur və şərəfdir.
Təltif olunanlar bundan sonra da doğma diyarımızın inkişaf və tərəqqisi yolunda səylə çalışacaqlarına söz vermişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR