05 Yanvar 2025, Bazar

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
Ölkəmizin sürətli inkişafı, iqtisadi sahənin tərəqqisi Azərbaycandakı biznes mühitinin də yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu sahəyə göstərilən dövlət qayğısının daha bir nümunəsi isə bölgələrdə müasir biznes mərkəzlərinin yaradılmasıdır. Naxçıvanda yeni inşa edilən Biznes Mərkəzi muxtar respublikanın biznes mühitinin və imkanlarının nümayişi, təbliği baxımından mühüm rola malikdir. Milli memarlıq ənənələrinə uyğun olaraq inşa edilən mərkəz inzibati hissə və geniş sərgi salonundan ibarətdir. Sərgi salonunda pavilyonlar, müasir tərcümə avadanlığı, proyektorlar və səsgücləndiricilər quraşdırılmışdır. Burada yaradılan şərait müxtəlif tədbirlərin, biznes-forumların, işgüzar görüş və konfransların yüksək səviyyədə təşkilinə imkan verir.

Ardını oxu...

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuşdur.
Azərbaycanda tarixi, mədəni, dini abidələrin qorunması işinə yüksək diqqət göstərilir. Dövlətin bu sahədə həyata keçirdiyi konkret və çoxsaylı layihələr nəticəsində indi belə obyektlərin hamısı qorunaraq bərpa edilir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması bu istiqamətdə Azərbaycan dövlətinin atdığı addımların nəticələrinin genişmiqyaslı olduğunu göstərir.
Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunun nəticəsidir ki, tarixin bütün dövrlərinə aid bu ərazidə zəngin mədəniyyət və memarlıq nümunələri yaradılmışdır. Bu abidələr arasında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin mühüm əhəmiyyəti vardır. Belə abidələrin bərpası və qorunması gələcək nəsillərə Azərbaycanın qədim tarixinin çatdırılması, eyni zamanda Naxçıvana turistlərin marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.
Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər sistemli xarakter almışdır. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti 2003-cü ildən başlayaraq Azərbaycanda uğurlu nəticələrlə yadda qalmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprelin 7-də “N” saylı hərbi hissədə Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışında iştirak etmişdir.
Bu gün ölkəmizdə bütün sahələrdə aparılan islahatlar ordu quruculuğu və hüquq-mühafizə orqanları ilə iş sahəsində də mühüm tədbirlərin görülməsinə geniş imkanlar açmışdır. Cənubi Qafqazın ən güclü ordusuna malik ölkəmizdə Silahlı Qüvvələrlə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi, bu sahədə mövcud qanunların icra və tətbiq olunmasına nəzarət edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, ölkədə prokurorluq orqanlarında, o cümlədən hərbi prokurorluq sahəsində çalışanların sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görülür. Bundan əlavə, hərbi prokurorluq orqanlarına daxil olan inzibati binalarda əsaslı yenidənqurma işlərinin aparılmasına, yeni binaların inşasına xüsusi diqqət göstərilir.

Ardını oxu...

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf nəticəsində paytaxt Bakı ilə yanaşı, respublikanın bütün regionlarında mühüm yol-nəqliyyat layihələri icra olunur, yeni yollar salınır, mövcud magistrallar ən müasir səviyyədə yenidən qurulur, çoxfunksiyalı yol qovşaqları inşa edilir. Təqdirəlayiq haldır ki, bu layihələr indi hər bir rayonu, kəndi və qəsəbəni əhatə edir. Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması belə layihələrin Naxçıvan Muxtar Respublikasında da geniş vüsət aldığını nümayiş etdirir. Son illərdə Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr sırasında öz yeri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu, ilk növbədə, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdəndir. Yüksək səviyyədə inşa edilən bu yol nəqliyyatın rahat və maneəsiz hərəkətinə tam zəmin yaradır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev tərəfindən imzalanan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası iqtisadiyyatın bütün sahələrinin inkişafına səbəb olmuşdur. Dövlət proqramına uyğun olaraq, ölkəmizdə su və kanalizasiya sistemləri də yenidən qurulur. Bu işlər Azərbaycan dövlətinin vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illər Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olmuşdur. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avadanlıqla, həmçinin vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunması, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların əsasını təşkil edir. Bu məqsədlə ölkənin hər yerində əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə aşağıdakı fəxri adlar verilsin:

“Əməkdar Elm Xadimi”
Həsənli Oruc Qafar oğlu
Məhərrəmov Saleh Heydər oğlu
“Əməkdar Müəllim”
Əliyeva Lətafət Nəriman qızı
Seyidova Sevda Əli qızı
Vəliyeva Hüsniyyə Həsən qızı
“Əməkdar Mədəniyyət İşçisi”
Əsədova Nəzakət Əsəd qızı
“Əməkdar Rəssam”
Qurbanov Həsən Bulut oğlu
“Əməkdar Həkim”
Bayramova Tamilla Yusif qızı
Həsənov Nüsrət Firudin oğlu
“Əməkdar Tibb İşçisi”
Hüseynova Validə Firudin qızı
“Əməkdar Jurnalist”
Əliyeva Şölə Qadir qızı
“Əməkdar Mühəndis”
Bağırov İbrahim Süleyman oğlu.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2014-cü il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Aslanov Əli Qaçay oğlu
Baxşəliyev Vəli Baxşəli oğlu
Eyvazov Həsənəli Cahangir oğlu
Eyvazov Məmmədəli Əhməd oğlu
Əliyev Asim Yediyar oğlu
Həsənov Əsgər İbrahim oğlu
Quliyev Musa Rəhim oğlu
Məmmədov Rafiq Ağəli oğlu
Novruzov Namiq Yaqub oğlu
Sadiqov İlqar Beytulla oğlu.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə muxtar respublikanın yaradılmasının 90 illiyi geniş qeyd olunur.

Ardını oxu...

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmi qeyd edildi. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

*  *  *

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

 *  *  *

Aprelin 4-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etmişlər.
Sonra jurnalistlərin sualları cavablandırılmışdır.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Tacikistanın xarici işlər naziri Sirociddin Aslovu qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Tacikistanın xarici işlər naziri Sirociddin Aslovun Azərbaycana səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Tacikistanın xarici işlər naziri Sirociddin Aslov Prezident Emoməli Rəhmonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Prezident Emoməli Rəhmonun Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət məktubunu dövlətimizin başçısına təqdim etdi.
Görüşdə Azərbaycan ilə Tacikistan arasında əməkdaşlıq üçün yaxşı hüquqi bazanın mövcudluğu vurğulandı, ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, ticarət, sənaye, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi.
Dövlətimizin başçısı Prezident Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

*       *       *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifaini qəbul etmişdir.

*       *       *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul etmişdir.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyi vurğulandı, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin ölkəmizə səfərinin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 *  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul etmişdir.

 *  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 *  *  *

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinskini qəbul etmişdir.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə görə:
Allahverdiyeva Həbibə Rəşad qızına – “Əməkdar rəssam” fəxri adı;
Həbibov Yaşar Həsən oğluna
Quliyev Saleh Əşrəf oğluna – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı;
Rzayev İbrahim Musa oğluna – “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı;
Abbasov Hüseyn Vəli oğluna
İbrahimov Mətləb Süleyman oğluna
Novruzov Fərman Novruz oğluna −  “Əməkdar həkim” fəxri adı;
Tahirova Rəna Mahmud qızına – “Əməkdar tibb işçisi” fəxri adı;
Cabbarov Allahverdi Məmmədəli oğluna
Əliyev İdris Hüseyn oğluna
Əsgərova Xuraman Həzirətqulu qızına
Həsənov Rəhman Fərman oğluna
Hüseynova Gültəkin Cəbi qızına
Hüseynova Təranə Adil qızına
İbrahimova Səkinə İbrahim qızına
Məmmədova Elminaz Bünyad qızına
Rəhimova Səkinə Nəcəf qızına
Rzayev Sultan Rza oğluna − “Əməkdar müəllim” fəxri adı;
Əsgərov Müzəffər Rza oğluna – “Əməkdar jurnalist” fəxri adı;
Əsgərov Rəşid Şəmil oğluna – “Əməkdar mühəndis” fəxri adı;
Məmmədov Ələddin Kamil oğluna – “Əməkdar hüquqşünas” fəxri adı;
Məmmədov Telman Vəli oğluna
Novruzova Bulqeyis Sabir qızına – “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 aprel 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Haaqa şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 23-də Niderland Krallığına işgüzar səfərə getmişdir.

*  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 24-də Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşmüşdür.

 *  *  *

Martın 24-də Niderland Krallığının Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak etmişdir.

 *  *  *

Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammiti martın 25-də öz işini davam etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə çıxış etmişdir.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 27 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə, xüsusilə ağır cinayət işlərinin istintaqının aparılmasında fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da vardır.

“Vətən uğrunda” medalı ilə
Bağırov Fariz Nəriman oğlu – polkovnik
Mirzəyev Məzahir Vahid oğlu – polkovnik-leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə
Məmmədov Afin Qalabəyi oğlu – kapitan

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Ona görə də bu bayram Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir. Bu bayram əmin-amanlığın, ictimai-siyasi sabitliyin rəmzidir. Bu bayram ölkəmizdə gedən hüquqi, demokratik, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir”.

Ardını oxu...

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak etmişlər.
Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim etdilər.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
Sonra dövlətimizin başçısı və xanımı bayram konsertinə baxdılar.
Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinə xüsusi çalar qatırdı.
Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.

AzərTAc

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanını “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 770-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 50 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 17; 2006, № 7, maddə 593) 2.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:
“2.3. həmin qanunun 11.0.4-1-ci və 12.0.4-1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində (yalnız birinci instansiya məhkəmələrinə münasibətdə) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Əfqanıstan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin səviyyəsinin razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstanda sabitliyin və əmin-amanlığın qorunması istiqamətindəki fəaliyyətini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunan dövlətimizin başçısı bu sahədə də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində işlərin aparılmasının zəruriliyini qeyd etdi.
Xarici işlər naziri Zarar Ahmad Osmani Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırdı. O bildirdi ki, ölkəsinin Prezidenti Azərbaycan ilə uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnundur.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan İslam Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

*        *        *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.

AzərTAc

Muxtar respublikada gənclərin mənzilə olan tələbatının ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni yaşayış kompleksinin – “Gənclər şəhərciyi”nin tikintisi  nəzərdə tutulmuşdur.

Ardını oxu...

Muxtar respublikada tikinti-quruculuq işlərinin həcminin genişləndirilməsi texnika və avtomobillərə olan tələbatın artmasına səbəb olmuşdur. Hər il muxtar respublikaya xarici ölkələrin istehsalı olan müasir tikinti texnika və avtomobilləri gətirilir.

Ardını oxu...

Martın 17-də Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni ekspozisiya ilə tanış olmuşlar.
Dövlət tarix-memarlıq qoruq-muzey statusunu almış Şirvanşahlar Sarayı Kompleksi tarixində ilk dəfə olaraq qonaqları müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılayacaqdır. İçərişəhər ərazisində yerləşən çoxsaylı tarixi abidələrin qorunub saxlanılması, bərpası və təbliği sahəsində həyata keçirilən genişmiqyaslı işlər Prezident İlham Əliyevin milli mədəni irsimizə göstərdiyi daimi diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.
Dövlətimizin başçısı və xanımı kompleksin ayrı-ayrı sahələrini gəzdilər, burada yaradılan şəraitlə tanış oldular.

AzərTAc

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Nəriman oğlu Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 17 mart tarixli Sərəncamı ilə miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı da vardır.

“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə
Nəbiyev Şahin Hidayət oğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə İtaliya arasında yaxşı əməkdaşlığın mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin İtaliyanın müxtəlif regionları ilə də yaxın əlaqələr qurmaqda maraqlı olduğunu dedi. İqtisadi sahədə İtaliyanın ölkəmizin əsas tərəfdaşlarından biri olduğunu vurğulayan Prezident İlham Əliyev digər sahələrdə də əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd etdi.
İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkiani təmsil etdiyi regionun Azərbaycan ilə ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.
Görüşdə əlaqələrimizin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4,0 (dörd) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2014-cü il

Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikası xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndə İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Səmimi görüşə görə minnətdarlığını bildirən İbrahim Rəhimpur demişdir ki, ötən dövrlərdə hər iki dövlət arasındakı rəsmi səfərlər mehriban qonşuluq prinsiplərinə əsaslanan əlaqələrin inkişafında vacib amil olmuşdur. İran İslam Respublikası Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir. Bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikası mühüm əhəmiyyət daşıyır.
Qonaq İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün real imkanların olduğunu vurğulamış, Ali Məclis Sədrini İran İslam Respublikasına səfərə dəvət etmişdir.
İran İslam Respublikasının xarici işlər nazirinin müavinini Naxçıvanda görməkdən məmnunluğunu ifadə edən Ali Məclisin Sədri qeyd etmişdir ki, ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq getdikcə genişlənir. Bu gün dövlətlərarası münasibətlərimiz parlamentlərarası dostluq qrupu çərçivəsində də uğurla inkişaf etdirilir. Qeyd olunmuşdur ki, hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında səmərəli əməkdaşlıq mövcuddur. Kənd təsərrüfatı, enerji, təhsil və digər sahələrdə əlaqələr uğurla inkişaf etdirilir.
Ali Məclisin Sədri İbrahim Rəhimpurun Naxçıvana səfərinin mühüm əhəmiyyət daşıdığını bildirmiş, münasibətlərin bundan sonra da dostluq müstəvisində inkişaf edəcəyinə inamını ifadə etmişdir.
Görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunla görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlayaraq demişdir ki, bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri davamlı inkişaf tempinə malikdir. Qardaş ölkələrimiz arasındakı tarixi zəminə əsaslanan münasibətlər Naxçıvan Muxtar Respublikası ilə qurulan səmərəli əməkdaşlıqda da özünü göstərir, müxtəlif istiqamətlərdə layihələr reallaşdırılır.
Ali Məclisin Sədri Türkiyənin Naxçıvandakı Baş Konsulluğu tərəfindən muxtar respublikada mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmış, ikitərəfli əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Səmimi görüşə görə minnətdarlıq edən İsmail Alper Coşkun demişdir ki, bu gün dost və qardaş ölkə olan Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafı böyük məmnunluq doğurur. Hər iki qardaş ölkə arasındakı münasibətlərin getdikcə daha da genişləndirildiyini bildirən səfir bu əlaqələrdə Naxçıvan Muxtar Respublikasının əhəmiyyətli yeri olduğunu qeyd etmişdir.
Görüşdə əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Əli Rza Akıncı görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Fransa Respublikasının keçmiş Baş naziri Dominik de Villpeni qəbul etmişdir.
Keçmiş Baş nazir Dominik de Villpen ölkəmizin əldə etdiyi yüksək iqtisadi inkişaf tempinə görə Prezident İlham Əliyevi təbrik etdi. Azərbaycandakı iqtisadi artıma toxunan fransalı qonaq bu cür əhəmiyyətli nəticələrin Avropada da olmasını arzu etdiklərini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı ilə yanaşı, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verildiyini bildirdi. Fransanın Azərbaycan üçün əhəmiyyətli tərəfdaşlardan biri olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu dedi. İqtisadi sahədə əlaqələrin inkişafına toxunan Prezident İlham Əliyev əməkdaşlığımızın bu istiqamətdə daha da genişləndirilməsi üçün də qarşılıqlı marağın olduğunu bildirdi.

 *  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Almaniya Federativ Respublikasının keçmiş kansleri Gerhard Şröderi qəbul etmişdir.

*  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Rusiya Federasiyasının Sverdlovsk Vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İran İslam Respublikasının xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İbrahim Rəhimpur İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Davosda görüşünü məmnunluqla xatırladı. Dövlətimizin başçısı prezidentlərin görüşünün ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına yeni təkan verdiyini vurğuladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Prezident Həsən Ruhaninin Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi, onun da təbriklərini İran Prezidentinə çatdırmağı xahiş etdi.

*        *        *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanın etimadnaməsini qəbul etmişdir.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı bildirdi ki, Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Hərbi sahədə əməkdaşlığımızı ikitərəfli münasibətlərimizin inkişafının tərkib hissəsi kimi dəyərləndirən Prezident İlham Əliyev son illər bu istiqamətdə də mühüm nailiyyətlərin əldə olunduğunu dedi. Dövlətimizin başçısı əməkdaşlığımızın bu sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin yaradılmasının önəmini qeyd etdi.
Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hulusi Akar ilk dəfə ölkəmizə 1994-cü ildə səfər etdiyini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırladı. Ötən dövr ərzində Bakıda çox böyük dəyişikliklərin şahidi olduğunu vurğulayan Hulusi Akar ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda yüksək təəssürat yaratdığını dedi.

*  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 8 mart  tarixli Sərəncamı ilə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 22-ci ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili Qoşunların bir qrup hərbi qulluqçusu təltif edilmişdir. Təltif olunanlar arasında Daxili Qoşunların Naxçıvan Alayının hərbi qulluqçusu da vardır.

“Hərbi xidmətlərə görə” medalı ilə
Əsədov İlkin Sabir oğlu – mayor

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ölkəmizin hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir”.

Ardını oxu...

Tarixi özündə yaşadan abidələr həm də hər bir xalqın milli kimliyini təsdiq edir. Ona görə də muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin bərpası diqqət mərkəzində saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bu il Ordubad şəhərindəki XIV əsrə aid olan “Buzxana” memarlıq abidəsində də təmir-bərpa işləri aparılacaqdır.
Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Buzxana” memarlıq abidəsində həyata keçirilməsi nəzərdə tutulan təmir-bərpa işlərinin layihəsinə baxmışdır.
Bildirilmişdir ki, binanın ümumi hündürlüyü 11 metrdir. Abidənin əsas hissəsi yerin altında yerləşir.
Ali Məclisin Sədri təmir-bərpa işləri zamanı tarixiliyin qorunub saxlanılması barədə tapşırıqlar vermişdir.

Ardını oxu...

Bu il muxtar respublikamızın kompleks abadlaşan kəndləri sırasına Ordubad rayonunun Aşağı Əylis kəndi də qoşulacaqdır.
Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aşağı Əylis kəndinə gəlmiş, kənd tam orta məktəbinin yeni binasının layihəsinə baxmışdır.
Məlumat verilmişdir ki, 3 mərtəbədən ibarət məktəb binası müasir tələblər səviyyəsində tikiləcək, sinif otaqlarında, fənn kabinələrində, idman zalı və kitabxanada lazımi şərait yaradılacaqdır. Həmçinin məktəb müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin ediləcək, şagirdlərin istifadəsinə kompüter və elektron lövhəli siniflər veriləcəkdir.
Aşağı Əylis kəndində həyata keçiriləcək quruculuq işləri çərçivəsində yeni kənd mərkəzi də inşa olunacaq, kənddaxili yollar təmir ediləcək, elektrik və rabitə xətləri yenilənəcəkdir.
Obyektlərin layihəsinə baxan Ali Məclisin Sədri inşaat işlərinə başlanılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də paytaxt Bakıda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Prezident İlham Əliyev əvvəlcə paytaxtın Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi ilə tanış oldu.

*     *     *

Sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində inşa olunan müxtəlifsəviyyəli yol qovşağının yerləşdiyi əraziyə gəldi.
Burada görülən işlər barədə də dövlətimizin başçısına məlumat verildi. 

*     *     *

Daha sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində – “Xutor” dairəsində inşa olunan müxtəlif səviyyəli yol qovşağında tikinti işlərinin gedişi ilə tanış oldu.
Yol qovşağının texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verildi. Qovşaqda üç tunel, bir körpü, iki yeraltı piyada keçidinin inşa olunduğu qeyd edildi.
İnşaat işlərinin gedişi ilə yaxından tanış olan dövlətimizin başçısı müvafiq göstərişlərini verdi.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində ötən dövr ərzində böyük uğurlar əldə olunduğunu vurğuladı. Qısa vaxt ərzində ölkələrimizin bir-birinə daha çox yaxınlaşdığını deyən Prezident İlham Əliyev əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. İkitərəfli münasibətlərimizin inkişafında səfir Zoran Vayoviçin fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı gələcək işlərində ona uğurlar arzuladı.
Səfir Zoran Vayoviç son illər ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini məmnunluqla vurğuladı. O bildirdi ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövrü onun həyatının ən parlaq və unudulmaz hissələrindən biridir.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Aslanova Sədaqət Bəbir qızı
Əsgərova Nəzakət Fərman qızı
Xudaverdiyeva Kəmalə Faiq qızı
Qurbanov Cavanşir Məmməd oğlu
Rəsulov Ramiz Məhərrəm oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 6 mart 2014-cü il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bağırova Şövkət Abbas qızı
Bayramova Məhəbbət Fərman qızı
Ələkbərova Rahilə Ələkbər qızı
Əsgərova Azadə Dilən qızı
Hacıyeva Mahirə Yusif qızı
Həsənova Dürdanə Həsən qızı
Hüseynova Səmayə Müslüm qızı
Mehdiyeva Səbahət Fərrux qızı
Məmmədova Samirə Vasif qızı
Novruzova Məlahət Rəşid qızı
Rüstəmova Ramidə Qənbər qızı
Səfərova Kəmalə Əsəd qızı
Şəfiyeva Nubar Nəsrulla qızı
Tarverdiyeva Müşfiqə Xıdır qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 6 mart 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad bin Amin Mədənini qəbul etmişdir.
Dövlətimizin başçısı İyad bin Amin Mədənini İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. İyad bin Amin Mədəninin yeni vəzifəyə seçildikdən sonra ölkəmizə səfər etməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad bin Amin Mədəni Baş katib seçilərkən Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi.
Görüşdə ölkəmiz ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, təşkilata üzv olan ölkələrin iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlığının əhəmiyyəti qeyd olundu, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı islam ölkələrinin vahid mövqedən çıxış etmələrinin önəmi vurğulandı.

*      *      *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingeri qəbul etmişdir.
Görüşdə Münxen Təhlükəsizlik Konfransının beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmi vurğulandı, ölkəmizin bu təşkilat ilə uğurla əməkdaşlıq etdiyi bildirildi, beynəlxalq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olmuşdur.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə görüləcək işlərlə bağlı məlumat verdi.
Dövlətimizin başçısı komplekslə yanaşı, ətraf ərazilərdə abadlıq işlərinin aparılması ilə bağlı tapşırıqlar verdi.
Sonra Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arenasında, müxtəlif məşq zallarında və binanın fasadında aparılacaq təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış oldu. Bildirildi ki, kompleksin bütün sahələrində, o cümlədən əsas və məşq korpuslarında, müxtəlif idman zallarında əsaslı təmir və bərpa işlərinə başlanılması üçün hazırlıq işləri yeni layihəyə uyğun olaraq artıq başa çatdırılmışdır. Kompleksdə yeni işıqlandırma, yanğından mühafizə və təhlükəsizlik, eyni zamanda videomüşahidə və xəbərdarlıq sistemlərinin və müasir liftlərin quraşdırılması üçün işlər davam etdirilir.
Dövlətimizin başçısı təmir və yenidənqurma işlərinin aparılacağı ayrı-ayrı sahələri gəzdi, işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.
Sonra Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanındakı parka gəldi.
Dövlətimizin başçısı parkın yenidən qurulması, burada abadlıq və quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı da göstərişlər verdi.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İcraçı direktor Devid Harris ölkəmizə son səfərindən ötən dövr ərzində Azərbaycanın çox böyük nailiyyətlər əldə etməsini məmnunluqla vurğuladı.
Söhbət zamanı Amerika Yəhudi Komitəsinin üzvləri ilə müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edildi, bu görüşlərin Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları və Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirildi.
Görüşdə həmçinin Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Babayev İsmayıl Məmməd oğlu
Bağırov Elçin İsrafil oğlu
Əhmədova Afət Qafar qızı
Əliyarov Fikrət Qəzənfər oğlu
Həsənov Akif İsgəndər oğlu
Hümbətova Həcər Mahmud qızı
Məmmədov Sabir Duman oğlu
Məmmədov Zakir Əhməd oğlu
Seyidov İxtiyar Mircəfər oğlu – “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 mart 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanda ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir”.
Bu gün muxtar respublikamızda ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqət və qayğı göstərilir. Çünki təbiətə qayğı ilə yanaşmaq, ekoloji tarazlığı qorumaq sağlam ətraf mühit deməkdir. Bu baxımdan hər il keçirilən yaşıllaşdırma tədbirlərinin böyük əhəmiyyəti vardır. Təkcə 2013-cü ildə muxtar respublikada 531 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 400 mindən artıq ağac və gül kolu əkilmişdir.
Təbiətin oyanmağa başladığı bu günlərdə muxtar respublikada iməciliklərin keçirilməsi də əlverişli ekoloji mühitin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısına ötən müddətdə layihə əsasında görülən işlər barədə ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, stadionun yerləşdiyi ərazi inşaat işləri üçün Azərbaycan Dövlət Neft Şirkətinin tikinti təşkilatları tərəfindən hazırlanmışdır. Layihənin icrasına 2012-ci ilin noyabrından başlanmışdır.
2011-ci ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan və 70 min tamaşaçı tutumu olacaq Bakı Olimpiya Stadionu ən müasir standartlara uyğun inşa edilir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin bir çox hissəsi həyata keçirilmişdir. Burada əsas stadion, məşqlər üçün köməkçi stadion və yardımçı bina inşa olunur. İdman obyektində əlil tamaşaçılar üçün də bölmələr nəzərdə tutulmuşdur.
Məlumat verildi ki, ərazidə avtomobillər üçün 3 min 100 yerlik park da yaradılacaqdır. Stadionun ətrafında əsaslı abadlıq və geniş həcmdə yaşıllaşdırma işləri aparılacaqdır.
Tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.    

 *  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olmuşdur.

 *  *  *

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda yeni salınan Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda görülən inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

AzərTAc

Fevralın 28-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşü keçirilmişdir.

Ardını oxu...

İyirmi iki il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətmişlər.
Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak etmişdir.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR