07 Yanvar 2025, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanda ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir”.
Bu gün muxtar respublikamızda ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqət və qayğı göstərilir. Çünki təbiətə qayğı ilə yanaşmaq, ekoloji tarazlığı qorumaq sağlam ətraf mühit deməkdir. Bu baxımdan hər il keçirilən yaşıllaşdırma tədbirlərinin böyük əhəmiyyəti vardır. Təkcə 2013-cü ildə muxtar respublikada 531 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 400 mindən artıq ağac və gül kolu əkilmişdir.
Təbiətin oyanmağa başladığı bu günlərdə muxtar respublikada iməciliklərin keçirilməsi də əlverişli ekoloji mühitin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Martın 1-də muxtar respublikada növbəti iməcilik keçirilmiş, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri yeni yaşıllıq zolaqları və meyvə bağları salmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin ətrafındakı ərazidə keçirilən iməcilikdə iştirak etmiş, yeni meyvə bağı salmışlar. Yeni salınan meyvə bağının sahəsi 3 hektardır. İməcilik zamanı burada 2 mindən artıq yerli şəraitə uyğun meyvə ting­ləri əkilərək suvarılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmiş, ərazidə bundan sonra da ting əkinlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR