07 Yanvar 2025, Çərşənbə axşamı

Tarixi özündə yaşadan abidələr həm də hər bir xalqın milli kimliyini təsdiq edir. Ona görə də muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin bərpası diqqət mərkəzində saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bu il Ordubad şəhərindəki XIV əsrə aid olan “Buzxana” memarlıq abidəsində də təmir-bərpa işləri aparılacaqdır.
Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Buzxana” memarlıq abidəsində həyata keçirilməsi nəzərdə tutulan təmir-bərpa işlərinin layihəsinə baxmışdır.
Bildirilmişdir ki, binanın ümumi hündürlüyü 11 metrdir. Abidənin əsas hissəsi yerin altında yerləşir.
Ali Məclisin Sədri təmir-bərpa işləri zamanı tarixiliyin qorunub saxlanılması barədə tapşırıqlar vermişdir.

 

*   *   *

 

Həmin gün Ali Məclisin Sədri Ordubad şəhərinin mərkəzindən keçən Dübəndi çayında aparılan sahilbərkitmə işləri ilə də tanış olmuşdur.
Bildirilmişdir ki, çay yatağının yuyulması nəticəsində ərazidə sürüşmə təhlükəsi yaranmışdır. Ona görə də hazırda burada sahilbərkitmə işləri görülür, suyun axımını nizamlayan beton konstruksiyalar quraşdırılır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR