Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 8 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 22-ci ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili Qoşunların bir qrup hərbi qulluqçusu təltif edilmişdir. Təltif olunanlar arasında Daxili Qoşunların Naxçıvan Alayının hərbi qulluqçusu da vardır.
“Hərbi xidmətlərə görə” medalı ilə
Əsədov İlkin Sabir oğlu – mayor