Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak etmişlər.
Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim etdilər.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
Sonra dövlətimizin başçısı və xanımı bayram konsertinə baxdılar.
Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinə xüsusi çalar qatırdı.
Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.
AzərTAc