07 Yanvar 2025, Çərşənbə axşamı

Muxtar respublikada tikinti-quruculuq işlərinin həcminin genişləndirilməsi texnika və avtomobillərə olan tələbatın artmasına səbəb olmuşdur. Hər il muxtar respublikaya xarici ölkələrin istehsalı olan müasir tikinti texnika və avtomobilləri gətirilir.

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti üçün alınıb gətirilmiş yeni texnikalara baxmışdır.
Məlumat verilmişdir ki, yeni gətirilən “Caterpillar” markalı 3 ekskavator və 3 yükləyici, 6 ədəd “Mercedes-Benz” markalı yük avtomobili tikinti işləri zamanı geniş istifadə olunur. Ekskavatorlar binaların fundamentlərinin qazılması və yol-tikinti işlərində yüksək iş göstəricilərinə malikdirlər. Yeni texnika və avtomobillər Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın rayon və kəndlərində aparılan tikinti-quruculuq işləri zamanı istifadə olunacaqdır.
Ali Məclisin Sədri yeni texnika və avtomobillərdən təyinatı üzrə səmərəli istifadə olunması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR