02 Yanvar 2025, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Həbib Hüseyn oğlu İbrahimova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 30 noyabr 2013-cü il

Ekoloji cəhətdən təmiz su insan sağlamlığının qorunmasında vacib amildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Müstəqil Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır”.

Ardını oxu...

Noyabrın 29-da Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammiti keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak etmişdir.
Litva Prezidenti Dalya Qribauskayte, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət və hökumət başçılarını qarşıladılar.
Mərasimdə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Saziş imzalandı.

 *  *  *

Noyabrın 29-da Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olmuşdur.

 *  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Vilnüsdə İspaniya Krallığının Baş naziri Mariano Rahoy Brey ilə görüşmüşdür.

 *  *  *

Noyabrın 29-da Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Estoniya Respublikasının Baş naziri Andrus Ansip ilə görüşü olmuşdur.

AzərTAc

Noyabrın 29-da Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki 32 nömrəli yaşayış binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Ardını oxu...

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasına işgüzar səfərə getmişdir. Dövlətimizin başçısını Vilnüs Beynəlxalq Aeroportunda Litvanın rəsmi şəxsləri qarşıladılar.

*   *   *

Noyabrın 28-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, ticarət, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq bildirildi.
Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunan görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*   *   *

Noyabrın 28-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berjinsin görüşü olmuşdur.

*   *   *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Vilnüsdə Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius ilə görüşmüşdür.

AzərTAc

Noyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşmüşdür.
Ali Məclisin Sədri İrfan Siddiqi Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etmiş, səfirin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Böyük Britaniyanın ölkəmizdəki səfirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında bir sıra layihələrin həyata keçirildiyini xatırladan Ali Məclisin Sədri bundan sonra da ikitərəfli əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən İrfan Siddiq Naxçıvan Muxtar Respublikasına səfərinin mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan qonaq diplomatik fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.
Görüşdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. Rusiya Federasiyasının Həştərxan Vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığa toxunan Aleksandr Jilkin son illər ticarət dövriyyəsinin 4 dəfə çoxaldığını vurğulayaraq bunun növbəti illərdə daha da artacağına ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı, bu əlaqələrin möhkəmlənməsinə Aleksandr Jilkinin verdiyi töhfəni yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan Vilayəti arasında dostluq əlaqələrinin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Həyata keçirilən birgə layihələrə toxunan dövlətimizin başçısı paytaxtımızda istifadəyə verilməsi nəzərdə tutulan “Həştərxan-Bakı” parkını dostluğumuzun yaxşı nümunəsi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə Aleksandr Jilkinin Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildiyini dedi və ordeni ona təqdim etdi.
Rusiya Federasiyası Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycanın yüksək ordenlərindən olan “Dostluq” ordeni ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Fransanın xarici ticarət naziri, ikitərəfli iqtisadi əməkdaşlıq komissiyasının həmsədri xanım Nikol Brikin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı əməkdaşlığın nəticələrinin yüksək səviyyədə olduğunu dedi. Prezident İlham Əliyev Fransa şirkətlərinin ölkəmizdəki fəaliyyətinin genişlənməsinin önəmini qeyd etdi. İkitərəfli iqtisadi əməkdaşlıq komissiyasının iclasına toxunan dövlətimizin başçısı iclasda müzakirə olunacaq məsələlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.
Fransanın yeni hökumətinin ilk naziri kimi Azərbaycana səfər etdiyini vurğulayan xanım Nikol Brik strateji baxımdan xüsusi əhəmiyyətə malik olan Azərbaycanda Fransa şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsində ölkəsinin maraqlı olduğunu dedi.
Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulandı, yeni sahələrin müəyyənləşdirilməsinin əhəmiyyəti qeyd olundu, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Təhsil xalqın intellektual potensialını formalaşdıran və elmi səviyyəsini yüksəldən mühüm sosial sahədir. Hər bir ölkənin inkişafı, ilk növbədə, qabaqcıl texnologiyalara əsaslanan təhsil sistemi ilə ölçülür. Çünki təhsil sahəsində əldə olunan nailiyyətlərin iqtisadi amilə çevrilməsi sosial-iqtisadi inkişafın təmin edilməsində əsas məsələdir. Son illər muxtar respublikada təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, yeni məktəb binaları tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, təhsil infrastrukturu yenilənmişdir.
Noyabrın 26-da Naxçıvan şəhərinin Əli­abad qəsəbəsində 16 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir.
Baş katib Ekmələddin İhsanoğlu yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, İslam Əməkdaşlıq Təşkilatını təmsil edən böyük müşahidə missiyasının seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırdı. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri olduğunu vurğulayan Ekmələddin İhsanoğlu təşkilatın layihələrinə Azərbaycanın verdiyi dəstəyin önəmini qeyd etdi.
Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

*  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də konqresmenlər – Vaşinqton ştatından demokrat Cim MakDermott, Virciniya ştatından demokrat Ceyms Moran, Missuri ştatından respublikaçı Billi Lonq, Nyu Cersi ştatından demokrat Donald Peyndən ibarət ABŞ nümayəndə heyətini qəbul etmişdir.

*  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilmişdir. Noyabrın 24-də bu münasibətlə mərasim keçirilmişdir. Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

AzərTAc

Muxtar respublikada yüksək istehlak xüsusiyyətlərinə malik meyvə bağlarının salınması diqqət mərkəzində saxlanılır, məhsuldar meyvə sortlarının bərpası ilə əlaqədar aqrotexniki tədbirlər görülür. Yaranmış ənənəyə uyğun olaraq keçirilən iməciliklər zamanı da yeni meyvə bağları salınır, relyefə və iqlim şəraitinə uyğun meyvə ağacları və sortları yetişdirilir.
Noyabrın 23-də muxtar respublikada payız mövsümünün növbəti iməciliyi keçirilmiş, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri yaşıllıq zolaqlarında və meyvə bağlarında çalışmış, yeni tinglər əkmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında keçirilən iməcilikdə iştirak etmiş, yeni meyvə bağı salmışlar.
Yeni salınan meyvə bağının sahəsi 3 hektardır. Ərazi əvvəlcədən texnikanın köməkliyi ilə hamarlanmış, ting əkininə hazır vəziyyətə gətirilmişdir. İməcilik iştirakçıları ərazidə 2 mindən artıq müxtəlif meyvə tingləri əkərək suvarmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielse ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Robert Jan Qabrielseni ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etmişdir.
Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika olduğunu bildirən Ali Məclisin Sədri demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 ildən artıqdır, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayır. Lakin buna baxmayaraq, muxtar respublikada bütün sahələrdə inkişafa nail olunmuş, ərzaq və enerji təhlükəsizliyi təmin edilmişdir.
Ali Məclisin Sədri Azərbaycan-Niderland əlaqələrinin uğurla inkişaf etdiyini, hər iki ölkə arasında illik ticarət dövriyyəsinin 300 milyon ABŞ dolları səviyyəsində olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Niderland Krallığı ilə Naxçıvan Muxtar Respublikası arasında da əlaqələr inkişaf etdirilir, kənd təsərrüfatı və əczaçılıq sahəsində əlaqələr mövcuddur. Təhsil sahəsində əlaqələrin qurulması üçün də yaxşı potensialın olduğunu qeyd edən Ali Məclisin Sədri münasibətlərin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Səmimi qəbula və xoş münasibətə görə minnətdarlıq edən Robert Jan Qabrielse Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının məmnunluq doğurduğunu ifadə etmişdir. Səfir ölkələrimiz arasındakı münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikası ilə qurulan səmərəli əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, diplomatik fəaliyyəti müddətində qarşılıqlı əlaqələrin inkişafı istiqamətində səyini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakının Səbail Rayon İcra Hakimiyyətinin Üzeyir Hacıbəyli küçəsində yerləşən binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat vermişdir. Bildirilmişdir ki, bina əsaslı şəkildə yenidən qurulmuş, burada çalışan əməkdaşlar üçün ən müasir tələblərə cavab verən şərait yaradılmışdır. Binadakı iş otaqlarının hamısı müasir tələblər səviyyəsində qurulmuş və lazımi texniki vasitələrlə təmin edilmişdir. İnzibati binanın kommunikasiya və rabitə xətləri də yeniləri ilə əvəz olunmuşdur.
Binaya bitişik 6 mərtəbəli yeni korpusda inşaat işlərinin davam etdirildiyi bildirilmişdir.
Dövlətimizin başçısının tapşırığı ilə rayonun Badamdar qəsəbəsində inşa olunacaq yeni idman zalının layihəsi ilə də tanışlıq olmuşdur. 2400 kvadratmetr ərazisi olacaq bu idman zalında ən müasir şəraitin yaradılacağı bildirilmişdir.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

*   *   *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Keytanın etimadnaməsini qəbul etmişdir.

AzərTAc

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun noyabrın 21-də rəsmi qarşılanma mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu qarşıladı.

 *  *  *

Noyabrın 21-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.

 *  *  *

Noyabrın 21-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

*  *  *

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur.

 *  *  *

Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatla çıxış etmişlər.

AzərTAc

Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının yeni inzibati binası istifadəyə verilmişdir

Xalq-lider birliyinin təzahürü olaraq yaradılan Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, ictimai-siyasi sabitliyin, milli həmrəyliyin, güclü və sosialyönümlü iqtisadiyyatın formalaşmasında başlıca siyasi qüvvədir. Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan partiya bu gün öz fəaliyyətində müstəqil dövlətçilik, qanunçuluq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinə söykənir. Bunun nəticəsidir ki, ötən müddətdə Yeni Azərbaycan Partiyası böyük yol keçmiş, ölkəmizdə əsas hərəkətverici siyasi təşkilata çevrilmişdir. Partiyanın yubiley tədbirləri ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da geniş qeyd edilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı Şahbuz rayonunun da quruculuq xəritəsinin genişlənməsinə səbəb olmuşdur. Aparılan tikinti-quruculuq işləri nəticəsində Şahbuz şəhərinin siması tamamilə dəyişilmişdir.
Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz şəhərində aparılan tikinti-quruculuq işlərinin gedişi ilə maraqlanmışdır.
Bildirilmişdir ki, Naxçıvan-Batabat magistral yolunun tikintisi zamanı yolun rayon mərkəzindən keçən hissəsində də bir sıra işlər görülmüş, yol yatağı genişləndirilmiş, asfalt örtük salınmışdır. Hazırda yol kənarlarında işıqlandırma sistemləri qurulur, piyadaların hərəkəti üçün səkilər salınır, yaşıllıqlar yaradılır.
Ali Məclisin Sədri Şahbuz şəhərində tikinti-quruculuq işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendrini qəbul etmişdir.
Çarlz Hendri yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Böyük Britaniyanın Baş naziri Devid Kemeronun salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı.
Prezident İlham Əliyev Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Böyük Britaniya ilə müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində sıx əlaqələr yaradıldığını və əməkdaşlığımızın uğurla davam etdirildiyini məmnunluqla bildirdi.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin perspektivləri, birgə layihələrin işlənilməsi, regional əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Devid Kemeronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

*    *    *

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvlərini və mütəxəssisləri qəbul etmişdir.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 20 noyabr tarixli Sərəncamı ilə hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə görə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində, cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə bir qrup hakim və ədliyyə işçisi təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının hakim və ədliyyə işçiləri də vardır.

“Tərəqqi” medalı ilə
Süleymanov Ramiz Rəhim oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Mahmudov Qəzənfər İsrafil oğlu
Səfərov Emin Hüseyn oğlu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347,  № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010,  № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Şahbuz rayonu”     bölməsinin 64.13-cü sırası aşağıdakı redaksiyada verilsin:
“64.13. Ayrınc bələdiyyəsi – Ayrınc kəndi”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2013-cü il

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasına işgüzar səfərə getmişdir.

*    *    *

Noyabrın 19-da Vyanada, “Hofburq” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Prezidenti Haynts Fişer ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı, münasibətlərin bundan sonra da genişləndirilməsinə əminlik bildirildi.
Söhbət zamanı ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*    *    *

Noyabrın 19-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olmuşdur.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilmişdir.

*    *    *

Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstriyaya işgüzar səfəri başa çatmışdır.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Ukraynaya rəsmi səfərə getmişdir.
Noyabrın 18-də Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Noyabrın 18-də Kiyevdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olmuşdur. Təkbətək görüşdən sonra iki ölkənin Prezidentləri Şurasının dördüncü iclası keçirilmişdir. Ukrayna Prezidenti Viktor Yanukoviç və Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etmişlər.

*    *    *

Həmin gün Kiyevdə Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olmuşdur. Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç mətbuata bəyanatlarla çıxış etmişlər.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Kiyevdə, onun üçün ayrılmış dövlət iqamətgahında Ukraynanın Baş naziri Nikolay Azarov ilə görüşmüşdür.

*    *    *

Noyabrın 18-də Ukraynaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyevdəki Heydər Əliyev parkında görülən işlərlə tanış olmuşdur.

AzərTAc

Ölkəmizdə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət uğurla davam etdirilir. Ekoloji problemlərin həllinə ciddi diqqət yetirən, təbiətin qorunması və zənginləşdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyan Prezident İlham Əliyev demişdir: “Bu sahə hamı üçün pri­oritet olmalıdır. Çünki biz bu torpaqda yaşayırıq, bu havanı uduruq. Azərbaycanda ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir”.
Yaşıllıqların artırılmasında və onların qorunmasında ənənəvi olaraq keçirilən iməciliklərin də mühüm rolu vardır. Noyabrın 16-da muxtar respublikada payız mövsümünün növbəti iməciliyi keçirilmiş, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri yaşıllıq zolaqlarında və meyvə bağlarında çalışmış, yeni tinglər əkmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Uzun­oba Su Anbarının ətrafındakı ərazidə keçirilən iməcilikdə iştirak etmiş, 3 hektardan çox ərazidə yeni meyvə bağı salmışlar.
Yeni salınan meyvə bağının ərazisi əvvəlcədən texnikanın köməkliyi ilə hamarlanmış, terraslar yaradılaraq ting əkininə hazır vəziyyətə gətirilmişdir. İməcilik zamanı burada 2 mindən artıq yerli şəraitə uyğun meyvə tingləri əkilmiş, ətrafda səliqə-sahman yaradılmışdır. Meyvə bağının suvarılmasında damcı üsulundan istifadə ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmiş, payız iməciliklərində bundan sonra da ting əkinlərinin davam etdirilməsi barədə tapşırıq vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini regionların hərtərəfli inkişafı təşkil edir. Bu mənada muxtar respublikanın ən gənc rayonu olan Kəngərli son illər sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Rayonun sosial-iqtisadi göstəricilərinin ilbəil artması və yaşayış məntəqələrinin inkişafı kəndlərdə yeni sosial obyektlərin tikilməsi, xidmət sahələrinin yaradılması ilə də xarakterizə olunur.
Noyabrın 18-də Kəngərli rayonunun Xok kəndində avtomobil yolunun, məktəb binasının, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin açılışı olmuşdur.

Kənd yolu yenidən qurulmuşdur

Müasir yol şəbəkələrinin salınması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Ona görə də muxtar respublikada magistral yollarla bərabər, kənd yollarının inşası və yenidən qurulmasına da xüsusi diqqət yetirilir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Krister Mikelssonun etimadnaməsini qəbul etmişdir.
Krister Mikelsson etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Xalqlarımız arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluğunu bildirdi. Finlandiya Respublikasının Prezidentinin Azərbaycana, özünün isə Finlandiyaya səfərlərinə toxunan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Finlandiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük imkanların olduğunu vurğuladı.
Səfir Krister Mikelsson Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

 *     *     *

Noyabrın 15-də Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin etimadnaməsini qəbul etmişdir.
Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

*   *   *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genci Muçayın etimadnaməsini qəbul etmişdir.

*   *   *

Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni salınacaq “Bakı Ağ şəhər” bulvarında həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olmuşlar.
“Bakı Ağ şəhər” bulvarında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi.
İnşaat işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

AzərTAc

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Abişer ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Paskal Abişeri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək demişdir ki, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin əsası 1992-ci ildə qoyulmuşdur. Bu gün ikitərəfli münasibətlər müxtəlif sahələr üzrə inkişaf etdirilir. Hər iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiya, eləcə də parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən 2001-2011-ci illərdə muxtar respublikada kəhrizlərin bərpası layihəsinin icra olunduğunu bildirmiş, bu zaman bir sıra görüşlərin keçirildiyini xatırlatmışdır. Ali Məclisin Sədri əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamış, səfirə işlərində uğurlar arzulamışdır.
Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən Paskal Abişer Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətənində – Naxçıvanda ilk dəfə olduğunu və muxtar respublikada əldə edilən inkişafın məmnunluq doğurduğunu qeyd etmişdir. Səfir Azərbaycan-İsveçrə əlaqələrinin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırmış, diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da genişləndirilməsinə çalışacağını bildirmişdir.
Görüşdə əməkdaşlığın müxtəlif sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Qonaq 3 günlük səfəri müddətində Naxçıvan Muxtar Respublikasının təhsil və istehsal müəssisələri, qədim tarixi abidələri, görməli yerləri və turizm potensialı ilə tanış olacaq, bir sıra görüşlər keçirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Ankarada yenidən qurulan Heydər Əliyev Parkı ilə tanış olmuşdur.

 *    *    *

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.  

 *    *    *

Noyabrın 13-də Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan iclasda iştirak etmişlər.

 *    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində noyabrın 13-də Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında sənədlərin imzalanması mərasimi olmuşdur.

 *    *    *

Noyabrın 13-də hökumətlərarası sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkiyə Respublikasına rəsmi səfərə gəlmişdir.
Noyabrın 12-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında – Çankaya köşkündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Noyabrın 12-də Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi keçirilmişdir. Türkiyə Prezidenti “Dövlət nişanı” ordenini Prezident İlham Əliyevə, Azərbaycan Prezidenti “Heydər Əliyev” ordenini Türkiyə Prezidentinə təqdim etdi.
Təltifetmə mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Həmin gün dövlət başçılarının görüşündən sonra Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış etmişlər.
Noyabrın 12-də Prezident İlham Əliyev və Prezident Abdullah Gül Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə tanış olmuşlar.
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək və Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür.

AzərTAc

Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivan ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək demişdir ki, Azərbaycan və Argentina respublikaları arasında əlaqələr 1992-ci ildə qurulmuşdur. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət və parlamentlərarası dostluq qrupu səviyyəsində münasibətlər uğurla inkişaf etdirilir.
Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika olduğunu bildirən Ali Məclisin Sədri qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 ildən artıqdır, Naxçıvan blokada şəraitində yaşayır. Lakin buna baxmayaraq, Naxçıvan Muxtar Respublikası inkişaf edir, sənaye, kənd təsərrüfatı, təhsil və səhiyyə sahələrinə diqqət göstərilir. Ali Məclisin Sədri Karlos Dante Rivanın ölkəmizdəki fəaliyyətinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrin inkişafı baxımından da səmərəli olacağına əminliyini bildirmiş, səfirə işlərində uğurlar arzulamışdır.
Göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlıq edən Karlos Dante Rivan Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmişdir. Muxtar respublikaya səfəri çərçivəsində Naxçıvanla yaxından tanış olacağını və bir sıra görüşlər keçirəcəyini deyən səfir diplomatik fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Ələhi, Xurs və Nürgüt kəndləri abad yaşayış məntəqələrinin sırasına qoşulmuşdur

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində inkişaf və tərəqqi dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük. Bu gün dövlətimiz onun siyasəti əsasında uğurla inkişaf edir”.
Ulu öndərin siyasi xəttinin uğurlu icrası muxtar respublikanın bütün yaşayış məntəqələrinin, eləcə də Azərbaycanın incisi olan Ordubad rayonunun inkişafına səbəb olmuşdur. Son illər rayonda yeni infra­struktur layihələri yerinə yetirilmiş, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Ordubad şəhərində və kəndlərdə müasir inzibati binaların və sosial obyektlərin tikilməsi yaşayış məntəqələrinin simasını tamamilə dəyişmişdir.
Noyabrın 12-də Ordubad rayonunun Ələhi, Xurs və Nürgüt kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Ələhidə yeni məktəb binası istifadəyə verilmişdir

Noyabrın 12-də Ordubad rayonunun Ələhi kənd ümumi orta məktəbinin yeni binasının açılışı münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Ardını oxu...

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” prinsipinə əsaslanan təhsil islahatları Ordubad rayonunda da tədrisin məzmun və keyfiyyətinin getdikcə yüksəlməsi ilə nəticələnmişdir. Rayonun kəndlərində məktəb binalarının tikintisi, maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müntəzəm olaraq davam etdirilir.
Noyabrın 12-də Xurs kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən məktəbin direktoru Mahir Məmmədov bildirmişdir ki, müasir məktəb binasının istifadəyə verilməsi təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Uzun illərdir ki, köhnə binada fəaliyyət göstərən məktəb bu gündən elektron lövhələrlə, kompüterlərlə, müasir tədris vasitələri ilə təmin olunmuş binada fəaliyyətini davam etdirəcəkdir. Mahir Məmmədov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagird kollektivi adından minnətdarlıq etmiş, qarşıdakı tədris illərində nailiyyətlərin sayını artırmaq üçün səylə çalışacaqlarını bildirmişdir.

Ardını oxu...

Muxtar respublikada aparılan quruculuq işlərindən Nürgüt kəndinə də pay düşmüş, kənd məktəbi yeni bina ilə təmin olunmuşdur.
Noyabrın 12-də Nürgüt kənd tam orta məktəbinin açılışı olmuşdur.

Ardını oxu...

Noyabrın 8-də Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin internet saytının təqdimat mərasimi keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı – xalçaçılıq sahəsinin inkişafındakı səmərəli xidmətlərinə görə Vidadi Aydın oğlu Muradova “Əməkdar incəsənət xadimi” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 7 noyabr 2013-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı kardinal Canfranko Ravazinin ölkəmizə səfərinin uğurlu olacağına və Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin Azərbaycanın ən yüksək mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu dedi və ordeni kardinal Canfranko Ravaziyə təqdim etdi.
Canfranko Ravazi yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevin Müqəddəs Taxt-Tacın ən yüksək və nadir mükafatlarından biri olan “Medalla Sede Vacante” medalına layiq görüldüyünü dedi və Müqəddəs Taxt-Tacın adından medalı dövlətimizin başçısına təqdim etdi.  
Qonaq ikitərəfli münasibətlərimizin gələcəkdə də inkişaf etdiriləcəyinə əminliyini bildirdi.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.

AzərTAc

Noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridze ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı əlaqələrin qədim tarixə və dərin köklərə malik olduğunu qeyd etmiş, hazırda bu əlaqələrin yeni strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, hər iki muxtar respublikanın turizm, təhsil, səhiyyə, iqtisadi-ticarət və nəqliyyat sahələrindəki münasibətləri məmnunluq doğurur.
Əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini bildirən Ali Məclisin Sədri ötən il Acarıstan Muxtar Respublikasında səfərdə olduğunu xatırlatmış, Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədrini Naxçıvan Muxtar Respublikasına rəsmi səfərə dəvət etmişdir.
Göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə Ali Məclisin Sədrinə təşəkkür edən Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridze demişdir ki, Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında qurulan əlaqələr uğurlu inkişaf yolu keçərək yeni mərhələyə yüksəlmişdir. Qonaq tarixən dostluq və qarşılıqlı əməkdaşlıq səviyyəsində inkişaf edən münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.
Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında xüsusi xidmətlərə görə Süleyman Dəmirəl Azərbaycan dövlətinin yüksək ordeni olan “Şərəf” ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev “Şərəf” ordenini Süleyman Dəmirələ təqdim etmişdir.

*    *    *

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl birgə nahar etmişlər.

AzərTAc

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu işə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun açılış mərasimində iştirak etmişlər.
Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir.
Forumun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edir. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər vardır. İki gün ərzində forumda səkkiz sahə üzrə dəyirmi masalar təşkil ediləcəkdir.
Forumun rəsmi açılışında Prezident İlham Əliyev çıxış etmişdir.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə:
    İsmayılov Həsən Əhməd oğlu – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı;
    Bayramov Bəhruz Surxay oğlu
    Novruzov Vəli Zihralı oğlu – “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı;
    Abbasov Xeyrulla Abbas oğlu
    Həsənov Fikrət Əyyub oğlu
    Hüseynov Əli Abdulla oğlu
    Kazımov Əziz Məmməd oğlu
    Qaybalıyev Məhəmməd İman oğlu
    Məmmədov Əfqan Xəlil oğlu
    Nağıyev Bahadur Kamil oğlu
    Rəhimova Ərkinaz Sadıx qızı
    Rzayev Niyaz Qurban oğlu
    Zeynalov İlqar Arif oğlu −  “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.   

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 31 oktyabr 2013-cü il

Culfa rayonunun Teyvaz kəndində kompleks quruculuq işləri aparılmışdır

Muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, şəhər və kəndlərin simasının nəzərəçarpacaq dərəcədə yeniləşməsi bir məqsədə – əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Kəndlərdə müasir infra­strukturun yaradılması – yeni məktəb binalarının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyalarının tikilməsi, abad yolların salınması isə yaşayış məntəqələrinin inkişafına səbəb olmuşdur. Bu inkişaf və tərəqqi Culfa rayonunun kəndlərini də əhatə etmişdir.
Oktyabrın 31-də Culfa rayonunun Teyvaz kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Teyvaz kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur

Təhsilin inkişafı dövlətin və xalqın etibarlı gələcəyinin təminatıdır. Müasir tədris infra­strukturu isə bu inkişafı şərtləndirən amildir. Bu mənada muxtar respublikamızda məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir.
Oktyabrın 31-də Culfa rayonunun Teyvaz kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Məktəbin direktoru Əsgər Abbasov çıxış edərək demişdir ki, muxtar respublikada təhsil sahəsində aparılan quruculuq işləri Culfa rayonunu da əhatə etmişdir. Bu gün rayonun ucqar dağ kəndi olan Teyvazda yeni məktəb binası istifadəyə verilir. Məktəb binasında yaradılan şərait kollektivi daha yaxşı işləməyə ruhlandırır, təhsilin keyfiyyətini yüksəltməyə, qarşıya qoyulan vəzifələrin daha məsuliyyətli yerinə yetirilməsinə sövq edir. Əsgər Abbasov yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bolqarıstan Respublikasının keçmiş Prezidenti Georgi Pırvanovu qəbul etmişdir.
Dövlətimizin başçısı Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovun III Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd etdi. Forumun artıq ənənəvi olaraq hər il keçirildiyini vurğulayan Prezident İlham Əliyev tədbirə beynəlxalq marağın ildən-ilə artdığını dedi. Azərbaycan Prezidenti III Bakı Beynəlxalq Humanitar Forumunda əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısını prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edən Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanov bu qələbəni Azərbaycan xalqının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə verdiyi dəstəyin göstəricisi kimi dəyərləndirdi. O, bundan sonra da Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin fəal və səmərəli şəkildə davam etdiriləcəyinə əminliyini vurğuladı. Georgi Pırvanov III Bakı Beynəlxalq Humanitar Forumunda yenidən iştirakından məmnunluğunu bildirdi.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul etmişdir.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonu qəbul etmişdir.
Yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edən Klaudio Kajado oktyabrın 9-da Azərbaycan xalqının müdrik seçim etdiyini vurğuladı. Braziliyalı qonaq iştirak edəcəkləri III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd etdi. Nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini deyən Klaudio Kajado yeni yaradılan Braziliya-Azərbaycan dostluq qrupunun fəaliyyətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev bu yaxınlarda Braziliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini təqdim etməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də böyük imkanların olduğunu dedi. Prezident İlham Əliyev Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasını ölkələrimiz arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. III Bakı Beynəlxalq Humanitar Forumunun önəmini vurğulayan Prezident İlham Əliyev forum çərçivəsində keçiriləcək görüşlərin ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

AzərTAc

Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 90-cı ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.
Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul etmişdir.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini və Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvü Spiros Kapralosu qəbul etmişdir.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkəmizdə sürətli iqtisadi inkişaf proseslərinin, idman infrastrukturunun daha da genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünün şahidi olduğunu məmnunluqla qeyd etdi. Görüşdə Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin önəmi vurğulandı, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə gəlmişdir.
Azərbaycan Prezidentini MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev, Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

*    *    *

Oktyabrın 25-də Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış etmişdir.

*    *    *

Sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə görüşü oldu. Geniş tərkibdə görüş başa çatdıqdan sonra MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən dövlət və hökumət başçıları sənədlər paketini imzaladılar.

*    *    *

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri oktyabrın 25-də başa çatdı.

AzərTAc

Oktyabrın 25-də Naxçıvan şəhərində “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Statoil Şirkətinin prezidenti Helge Lundu qəbul etmişdir.
Statoil Şirkətinin prezidenti Helge Lund oktyabrın 9-da keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Görüşdə Statoil Şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarın etimadnaməsini qəbul etmişdir.
Santyaqo Luis Bento Fernandes Alkasar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

AzərTAc

Muxtar respublikada digər idman növləri ilə yanaşı, futbolun inkişafına da xüsusi diqqət yetirilir. Bu il əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Muxtar Respublika Stadionunda ölkə və beynəlxalq futbol yarışlarının keçirilməsi üçün lazımi şərait yaradılmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Səfir Şusuke Vatanabe Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə etdi. O, ölkəmizdə çalışdığı dövrdə Azərbaycan ilə yaxından tanış olduğunu və respublikamızdan xoş təəssüratla ayrıldığını dedi. Şusuke Vatanabe son illər Azərbaycanda çox böyük iqtisadi inkişaf proseslərinin şahidi olduğunu vurğuladı. Yaponiyalı diplomat ölkəmizdə milli adət-ənənələrin qorunması istiqamətində görülən işləri də yüksək dəyərləndirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfir Şusuke Vatanabeyə təşəkkür etdi. Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Yaponiya şirkətlərinin ölkəmizdəki uzunmüddətli fəaliyyətinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Yaponiyanın müxtəlif şirkətlərinin yeni layihələrlə bağlı ölkəmizlə fəal əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə əminliyini ifadə etdi.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 22-də Bakının Nərimanov rayonu ərazisində yeni salınan Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşlar.

AzərTAc

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə andiçmə mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak etmişlər.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə və sürəkli alqışlarla qarşıladılar. Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq və müqəddəs Qurani-Şərifə əl basaraq and içdi. Prezident İlham Əliyev təzim edərək Azərbaycanın dövlət bayrağını öpdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində geniş nitq söylədi.

*      *      *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul etmişdir.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR