05 Yanvar 2025, Bazar

Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielse ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Robert Jan Qabrielseni ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etmişdir.
Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika olduğunu bildirən Ali Məclisin Sədri demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 ildən artıqdır, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayır. Lakin buna baxmayaraq, muxtar respublikada bütün sahələrdə inkişafa nail olunmuş, ərzaq və enerji təhlükəsizliyi təmin edilmişdir.
Ali Məclisin Sədri Azərbaycan-Niderland əlaqələrinin uğurla inkişaf etdiyini, hər iki ölkə arasında illik ticarət dövriyyəsinin 300 milyon ABŞ dolları səviyyəsində olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Niderland Krallığı ilə Naxçıvan Muxtar Respublikası arasında da əlaqələr inkişaf etdirilir, kənd təsərrüfatı və əczaçılıq sahəsində əlaqələr mövcuddur. Təhsil sahəsində əlaqələrin qurulması üçün də yaxşı potensialın olduğunu qeyd edən Ali Məclisin Sədri münasibətlərin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Səmimi qəbula və xoş münasibətə görə minnətdarlıq edən Robert Jan Qabrielse Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının məmnunluq doğurduğunu ifadə etmişdir. Səfir ölkələrimiz arasındakı münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikası ilə qurulan səmərəli əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, diplomatik fəaliyyəti müddətində qarşılıqlı əlaqələrin inkişafı istiqamətində səyini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR