05 Yanvar 2025, Bazar

Noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridze ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı əlaqələrin qədim tarixə və dərin köklərə malik olduğunu qeyd etmiş, hazırda bu əlaqələrin yeni strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, hər iki muxtar respublikanın turizm, təhsil, səhiyyə, iqtisadi-ticarət və nəqliyyat sahələrindəki münasibətləri məmnunluq doğurur.
Əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini bildirən Ali Məclisin Sədri ötən il Acarıstan Muxtar Respublikasında səfərdə olduğunu xatırlatmış, Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədrini Naxçıvan Muxtar Respublikasına rəsmi səfərə dəvət etmişdir.
Göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə Ali Məclisin Sədrinə təşəkkür edən Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridze demişdir ki, Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında qurulan əlaqələr uğurlu inkişaf yolu keçərək yeni mərhələyə yüksəlmişdir. Qonaq tarixən dostluq və qarşılıqlı əməkdaşlıq səviyyəsində inkişaf edən münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR