Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Ukraynaya rəsmi səfərə getmişdir.
Noyabrın 18-də Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Noyabrın 18-də Kiyevdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olmuşdur. Təkbətək görüşdən sonra iki ölkənin Prezidentləri Şurasının dördüncü iclası keçirilmişdir. Ukrayna Prezidenti Viktor Yanukoviç və Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etmişlər.
* * *
Həmin gün Kiyevdə Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olmuşdur. Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç mətbuata bəyanatlarla çıxış etmişlər.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Kiyevdə, onun üçün ayrılmış dövlət iqamətgahında Ukraynanın Baş naziri Nikolay Azarov ilə görüşmüşdür.
* * *
Noyabrın 18-də Ukraynaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyevdəki Heydər Əliyev parkında görülən işlərlə tanış olmuşdur.
AzərTAc