05 Yanvar 2025, Bazar

Ölkəmizdə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət uğurla davam etdirilir. Ekoloji problemlərin həllinə ciddi diqqət yetirən, təbiətin qorunması və zənginləşdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyan Prezident İlham Əliyev demişdir: “Bu sahə hamı üçün pri­oritet olmalıdır. Çünki biz bu torpaqda yaşayırıq, bu havanı uduruq. Azərbaycanda ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir”.
Yaşıllıqların artırılmasında və onların qorunmasında ənənəvi olaraq keçirilən iməciliklərin də mühüm rolu vardır. Noyabrın 16-da muxtar respublikada payız mövsümünün növbəti iməciliyi keçirilmiş, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri yaşıllıq zolaqlarında və meyvə bağlarında çalışmış, yeni tinglər əkmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Uzun­oba Su Anbarının ətrafındakı ərazidə keçirilən iməcilikdə iştirak etmiş, 3 hektardan çox ərazidə yeni meyvə bağı salmışlar.
Yeni salınan meyvə bağının ərazisi əvvəlcədən texnikanın köməkliyi ilə hamarlanmış, terraslar yaradılaraq ting əkininə hazır vəziyyətə gətirilmişdir. İməcilik zamanı burada 2 mindən artıq yerli şəraitə uyğun meyvə tingləri əkilmiş, ətrafda səliqə-sahman yaradılmışdır. Meyvə bağının suvarılmasında damcı üsulundan istifadə ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmiş, payız iməciliklərində bundan sonra da ting əkinlərinin davam etdirilməsi barədə tapşırıq vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR