05 Yanvar 2025, Bazar

Muxtar respublikada digər idman növləri ilə yanaşı, futbolun inkişafına da xüsusi diqqət yetirilir. Bu il əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Muxtar Respublika Stadionunda ölkə və beynəlxalq futbol yarışlarının keçirilməsi üçün lazımi şərait yaradılmışdır.

Oktyabrın 23-də Naxçıvan Muxtar Respublika Stadionunda “Neftçi” və “Xəzər  Lənkəran” komandaları arasında futbol üzrə Azərbaycan Superkuboku uğrunda görüş    olmuşdur.
Yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
Gərgin idman mübarizəsi şəraitində keçən oyun “Xəzər Lənkəran” komandasının 2:1 hesablı qələbəsi ilə başa çatmış və komanda Azərbaycan Superkubokunun sahibi olmuşdur.
Oyundan sonra təntənəli mükafatlandırma mərasimi keçirilmişdir.
Mükafatları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov təqdim etmişlər.
“Neftçi” komandası gümüş medallarla mükafatlandırılmışdır. “Xəzər Lənkəran” komandasının üzvlərinə isə qızıl medallar və kubok təqdim olunmuşdur.
Oyun “İdman Azərbaycan” kanalı və Naxçıvan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR