Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı Şahbuz rayonunun da quruculuq xəritəsinin genişlənməsinə səbəb olmuşdur. Aparılan tikinti-quruculuq işləri nəticəsində Şahbuz şəhərinin siması tamamilə dəyişilmişdir.
Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz şəhərində aparılan tikinti-quruculuq işlərinin gedişi ilə maraqlanmışdır.
Bildirilmişdir ki, Naxçıvan-Batabat magistral yolunun tikintisi zamanı yolun rayon mərkəzindən keçən hissəsində də bir sıra işlər görülmüş, yol yatağı genişləndirilmiş, asfalt örtük salınmışdır. Hazırda yol kənarlarında işıqlandırma sistemləri qurulur, piyadaların hərəkəti üçün səkilər salınır, yaşıllıqlar yaradılır.
Ali Məclisin Sədri Şahbuz şəhərində tikinti-quruculuq işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti