“Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 oktyabr tarixli Sərəncamı ilə Hüseynov Səxavət Səməd oğlu Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin, Məmmədov Mehrab Fərmayıl oğlu Culfa Rayon Məhkəməsinin, Salmanov Elşən Fizuli oğlu Ordubad Rayon Məhkəməsinin, Aslanov Emin Dilavər oğlu Şərur Rayon Məhkəməsinin hakimləri təyin edilmişlər.