Mayın 17-də Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərasimdə iştirak edən Qafqaz xalqlarının müftiləri, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev qonaqlarla görüşdü.
Cümə məscidi ilə yaxından tanış olan dövlətimizin başçısına burada görülmüş işlər barədə məlumat verildi.
Məsciddə qonaqlarla, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşən Prezident İlham Əliyev çıxış etdi.
AzərTAc