05 Yanvar 2025, Bazar

İyunun 7-də Bakıda, “Buta” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirilmişdir.
YAP-ın 600 mindən çox üzvünü təmsil edən nümayəndələr partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevi hərarətlə qarşıladılar.
Partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev qurultayda geniş nitq söylədi.
Dövlətimizin başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs etdi.
Sonra YAP Səbail Rayon Təşkilatının sədri Zahid Qaralov, YAP Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Aytən İsmayılova, Laçın rayonu Ağsaqqallar Şurasının sədr müavini Əmirxan Zeynalov, Bakı Dövlət Universitetinin tələbəsi Yavər Məmmədova, Milli Məclisin deputatı Yevda Abramov, Masallıdan müəllimə Mehparə Məmmədova çıxış etdilər.
Daha sonra YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərar layihəsini oxudu.
Qurultay 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərarı yekdilliklə qəbul etdi.
Prezident İlham Əliyev yekdil səslə yenidən YAP-ın sədri seçildi.
Sonra partiyanın Siyasi Şurasının 90 nəfərdən, İdarə Heyətinin 21 nəfərdən ibarət tərkibləri, partiyanın sədr müavinləri, icra katibi, icra katibinin müavinləri və mərkəzi nəzarət-təftiş komissiyasının üzvləri seçildi.
Qurultaya yekun vuran Prezident, YAP-ın sədri İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirdi və öz fəaliyyəti ilə bu etimadı doğruldacağını bəyan etdi.
Qurultay Azərbaycanın Dövlət himninin səslənməsi ilə başa çatdı.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR