05 Yanvar 2025, Bazar

Mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Antonius Bruk və onu müşayiət edən nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları səmimiyyətlə salamlayan Ali Məclisin Sədri Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin 1993-cü ildən fəaliyyət göstərdiyini xatırlatmış, ötən müddətdə ölkəmizlə, eləcə də Naxçıvan Muxtar Respublikası ilə müxtəlif sahələr üzrə qurulan əlaqələrin uğurla inkişaf etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikada Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Kənd İnvestisiya Layihəsi üzrə 130-dan artıq layihə icra edilmişdir.
Həyata keçirilən birgə layihələrin əməkdaşlığın gələcək perspektivləri baxımından əhəmiyyətli olduğunu qeyd edən Ali Məclisin Sədri qarşılıqlı əlaqələrin bundan sonra da davam edəcəyini bildirmişdir.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Antonius Bruk muxtar respublikaya ilk dəfə səfər etdiyini bildirmiş, göstərilən səmimi münasibətə görə minnətdarlıq etmişdir. Antonius Bruk təmsil etdiyi təşkilatla Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əməkdaşlığın məmnunluq doğurduğunu vurğulamış, fəaliyyəti dövründə bu əlaqələrin inkişafı istiqamətində səyini artıracağını qeyd etmişdir.
Görüşdə əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR