Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “AİRBUS A340-500” təyyarəsi ilk uçuşunu Naxçıvan Muxtar Respublikasına həyata keçirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının yenidənqurma layihəsinə və yeni təyyarəyə baxmışlar.
Məlumat verilmişdir ki, Fransa istehsalı olan geniş gövdəli bu təyyarə 237 sərnişin tutumuna malikdir. Uzunluğu 67, hündürlüyü 17, qanad açıqlığı 63 metr, sürəti saatda 885 kilometr olan təyyarədə ən müasir cihaz və aparatlar quraşdırılmışdır. Uzaq mənzilli uçuşların həyata keçirilməsi üçün nəzərdə tutulan 4 mühərrikli təyyarə bir dəfəyə 16 min kilometr məsafə qət etmək qabiliyyətinə malikdir. Mühərriklər reaktiv olduğundan digər geniş gövdəli təyyarələrlə müqayisədə daha səssizdir. Sərnişinlərin rahatlığının tam təmin olunduğu bu təyyarənin Qərbi Avropa və Şərqi Asiya ölkələri istiqamətində daimi marşrutlarda istismar olunması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti