Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyi qəbul etmişdir.
Bakıya səfərinin ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 20 illik ildönümü ilə üst-üstə düşdüyünü deyən nazir bu münasibətlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunu və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun məktubuna görə minnətdarlığını bildirdi, ən xoş arzularını Belarusun dövlət başçısına çatdırmağı xahiş etdi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanı qəbul etmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul etmişdir.
AzərTAc