Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul etmişdir.
Səfir Vladimir Doroxin dövlətimizin başçısına Rusiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubiley münasibətilə xatirə markasının buraxıldığı barədə məlumat verərək markanın nümunələrini Prezident İlham Əliyevə təqdim etdi.
Görüşdə xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və ölkəmizin ümumi inkişafında müstəsna rolu qeyd edilərək onun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişaf etdirilməsində göstərdiyi böyük xidmətlər ehtiramla xatırlandı. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkovu qəbul etmişdir.
AzərTAc