05 Yanvar 2025, Bazar

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Araz” Dövlət Qəbul Evində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ziyafət təşkil olunmuşdur.
Ziyafətdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Ulu öndər Heydər Əliyevin 90 illik yubileyini qeyd edərkən bir daha xalqımızın böyük oğlunun mənalı ömür yolunu, müstəqil və müasir Azərbaycanın quruculuğu sahəsindəki fədakar əməyini göz önünə gətiririk. Azərbaycanın ağır günlərində onun xilaskarına çevrilən ulu öndər Heydər Əliyev olmasaydı, bu gün müstəqil və qüdrətli Azərbaycan da olmayacaqdı. Azərbaycan müstəqil dövlət kimi mövcudluğuna və müasir dünyanın siyasi arenasında tutduğu mövqeyə görə qurucu və xilaskar lider Heydər Əliyevə borcludur.

Ulu öndərin “Mən gələcək nəsillərə çox qüdrətli, güclü, inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm” fikrini xatırladan Ali Məclisin Sədri demişdir: “Dahi rəhbəri­miz gecəli-gündüzlü zəhməti və müdrik siyasəti ilə güclü, qüdrətli və inkişaf etmiş Azərbaycan yaradaraq xalqımızın bugünkü və gələcək nəsillərinə ərməğan etdi. Ulu öndərimizin xalqımıza əmanəti olan müstəqil Azərbaycan bu gün etibarlı əllərdədir”.

Ali Məclisin Sədri demişdir: “Hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən Heydər Əliyev quruculuq xətti ölkəmizi əsl intibaha qovuşdurmuşdur. Ümummilli liderimiz deyirdi: “Mən istəyirəm ki, mənim Azərbaycan dövləti haqqında, Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün biz hamımız ümummilli liderimizin bu arzu və planlarının yerinə yetirilməsinin şahidləriyik. 2003-cü ildən ötən dövr ərzində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər, iqtisadiyyatın daha da gücləndirilməsi, sosial infrastrukturun hərəkətə gətirilməsi sahəsində həyata keçirilən böyük quruculuq tədbirləri ulu öndərimizin yubileyinə xalqımızın layiqli töhfəsidir. Ölkəmizin iqtisadi qüdrəti ona görə ilbəil artır, xalqımızın rifah halı ona görə ilbəil yaxşılaşır ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır, davam və inkişaf etdirilir”.
“Böyük yaradıcı gücə malik olan Heydər Əliyev siyasəti bu gün olduğu kimi, gələcəkdə də Azərbaycanı rifaha və tərəqqiyə qovuşduracaqdır. Onunla birlikdə isə müstəqil dövlətimizin qurucusu, ulu öndər Heydər Əliyevin işi və əməlləri də yaşayacaq və var olacaqdır”, – deyən Ali Məclisin Sədri mərasim iştirakçılarını yeni Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bir daha təbrik etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR