05 Yanvar 2025, Bazar

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir.
Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycanın dövlət himni səsləndi.
Rəsmi qəbulda nitq söyləyən Prezident İlham Əliyev Respublika Günü münasibətilə xalqımızı təbrik etdi.
“Azərbaycanın xoşbəxt gələcəyi üçün mövcud siyasət davam etdiriləcəkdir”, – deyən dövlətimizin başçısı xalqımızın ən böyük sərvəti olan müstəqilliyin bundan sonra da qorunacağını diqqətə çatdırdı.
Sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

*     *     *

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın “İstiqlaliyyət” küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR