05 Yanvar 2025, Bazar

Mayın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyinə gəlmişdir.

Məlumat verilmişdir ki, alimin ev-muzeyi 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 28 fevral tarixli Sərəncamına əsasən, ölkəmizdə Yusif Məmmədəliyevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, alimin Ordubad şəhərində yerləşən ev-muzeyində yenidənqurma işləri aparılmışdır. İkimərtəbəli muzey ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Muzeydə akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2000-dən artıq eksponat saxlanılır. Bu eksponatlardan 370-i ekspozisiyada nümayiş olunur.

Ali Məclisin Sədri muzeyin mövcud vəziyyəti ilə tanış olmuş, binada yenidənqurma işlərinin aparılması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR