05 Yanvar 2025, Bazar

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyanada Avstriya Sənaye Federasiyasının prezidenti və iri şirkətlərin rəhbərləri ilə görüşmüşdür.
Azərbaycan Prezidenti görüşdə çıxış etdi.
Sonra Avstriya iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı aparıcı şirkətlərin rəhbərləri təmsil etdikləri qurumlar barədə dövlətimizin başçısına məlumat verdilər. Onlar Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirdilər.
Şirkət rəhbərləri həmçinin yüksək texnologiyalar, infrastruktur, kənd təsərrüfatı, əczaçılıq, enerji, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər.

*     *     *

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriyaya rəsmi səfəri çərçivəsində BMT-nin Vyana ofisinin Baş direktoru Yuri Fedotov, Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyasının seçilmiş icraçı katibi Lassina Zerbo, BMT-nin Sənayenin İnkişafı Təşkilatının Baş direktoru Kandeh Yumkella, Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Yukiya Amano ilə görüşmüşdür.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR