Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Sənaye parkları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, “Sənaye parkları haqqında Əsasnamə”də “səlahiyyətli orqan” dedikdə Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi nəzərdə tutulur.
3. Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi:
3.1. “Sənaye parkları haqqında Əsasnamə”nin 4.3-cü bəndinin ikinci cümləsində, 7.1.6-cı, 7.1.17-ci yarımbəndlərində, 9.2-ci bəndinin birinci cümləsində, 9.3-cü bəndinin ikinci cümləsində, 9.6.6-cı yarımbəndində, 9.7-ci bəndində, 9.10-cu bəndinin birinci və üçüncü cümlələrində, 9.11-ci və 14.3-cü bəndlərində nəzərdə tutulmuş aktları qəbul etsin;
3.2. “Sənaye parkları haqqında Əsasnamə”dən irəli gələn funksiyaları həyata keçirsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 6 iyun 2013-cü il