17 İyun 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə institutun Təbiət muzeyində olan məktəblilərə muzeyin fəaliyyəti, burada qorunub saxlanan flora və fauna nümunələri, çoxsaylı ekspedisiyalar zamanı toplanılmış, xüsusi məhlullarda saxlanılan heyvan növləri haqqında  məlumat verilib. Bildirilib ki, muxtar respublikanın torpaq-iqlim şəraitində yüksək məhsuldarlığı ilə seçilən 50-dən çox buğda hibridi, seleksiya sortları, əldə olunan cövhər və təbii yağlar da muzeydə sərgilənir.

Muzeyin ekspozisiyasına daxil olan bəzi canlıların daşlaşmış qalıqları, skeletləri, muxtar respublika ərazisində yayılmış balıq, ilan, kərtənkələ növləri və digər eksponatlar məktəblilərin marağına səbəb olub, gələcək tədqiqatçıları maraqlandıran suallar cavablandırılıb.

Bitki sistematikası şöbəsinin Herbari fondunda da olan şagirdlərə İnstitutun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov nadir və nəsli kəsilməkdə olan bitki növlərinin toplanması, herbariləşdirilməsi haqqında geniş məlumat verib, onları herbarilərin hazırlanması və istifadə qaydaları ilə tanış edib.

Sonra Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova sabahın tədqiqatçılarına “Bitkilərdən təbii boyaqların alınması” mövzusunda elmi-praktiki məşğələ keçib. Məşğələ zamanı laboratoriyada aparılan tədqiqatlardan, bitkilərin fitokimyəvi tərkibinin öyrənilməsindən və təbii ekstraktların alınmasından bəhs edən gənc alim şagirdlərə istifadə olunan metodları laboratoriya şəraitində göstərib.

Qeyd edək ki, “Sabahın tədqiqatçıları” layihəsi AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

 

 

 

ARXİV

İyun 2021
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR