25 Aprel 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası 2021-ci ilin fevral ayında muxtar respublikada fəaliyyət göstərən teleradioların fəaliyyətini izləmiş, texniki və yaradıcılıq baxımından keyfiyyətin yüksəldilməsinə xüsusi diqqət göstərməklə yanaşı, həm də teleradioların monitorinqini aparmışdır. 

Naxçıvan Dövlət Televiziyasının öz teleməhsulları efirin 72 faizini əhatə etmiş, digər telekanalların istehsalı olan materialların yayımı minimum həddə endirilmişdir. Fevral ayında verilişlərin növbəti 126 sayı efirə təqdim olunmuşdur.

Əvvəlki aylarda olduğu kimi, 2021-ci ilin fevral ayında da vətənpərvərlik mövzusu diqqət mərkəzində olmuşdur. Şura Naxçıvan Dövlət Radiosunun efirini mütəmadi olaraq izləmiş, radioda fəaliyyət göstərən redaksiyaların fəaliyyətini müqayisəli şəkildə təhlil etmişdir. Radio fevral ayı ərzində 551 saat efirdə olmuşdur. Ümumi efirin 42 faizini radionun öz istehsalı olan verilişlər təşkil etmişdir.
2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar olaraq radionun canlı proqramlarında Nizami irsindən bəhs edilmiş, görkəmli şairin sözlərinə bəstələnən musiqilərə və Nizami poeziyasına tez-tez yer verilmişdir. Şura tərəfindən Naxçıvan Dövlət Radiosunun şəbəkə cədvəlinə nəzarət edilmiş və ay ərzində şəbəkə pozulması müşahidə edilməmişdir.
Şura “Kanal 35” televiziyasının fevral ayındakı fəaliyyətini diqqətdə saxlamış, televiziyanın təhsil profilli verilişləri analiz olunmuşdur. Qeyd edək ki, televiziya yayım siyasətini həftəlik proqram cədvəlləri əsasında qurmuşdur.
Məktəblilərin bilik və bacarığının artırılması məqsədilə fevral ayı ərzində “Dərs vaxtı” teledərslərin 79 sayı, “Peşə təhsili”nin 4 sayı, STEAM dərslərinin 3 sayı, “Nizami-880” teledərslərinin 2 sayı hazırlanaraq efirə yayımlanmışdır. Bu verilişlər ümumi efirin 47,7 faizini təşkil etmişdir. Fevral ayında şagirdlərin məlumatlandırılması üçün 38 ədəd qısametrajlı maarifləndirici çarxlar televiziyada yayımlanmışdır.
Azərbaycan Dövlət Televiziyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Xəmsə” mili intellektual oyunu çərçivəsində Gənclər arasında XII Azərbaycan çempionatının 3 sayı fevral ayında “Kanal 35” televiziyasında izləyicilərə təqdim olunmuşdur.
Şura əməkdaşları fevral ayında “Naxçıvanın səsi” radiosunun efirini müntəzəm olaraq izləmiş və monitorinqini aparmışdır. Bəhs edilən dövrdə radio 224 saat efirdə olmuşdur. Efir müddətində 49 saat canlı yayım proqramları və verilişlər hazırlanaraq dinləyicilərə təqdim edilmişdir.
Hesabat dövründə şura tərəfindən Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əldə edilən nailiyyətlər, burada aparılan infra­struktur quruculuğu ilə bağlı mərkəzi mətbuat orqanları üçün 119-u mətbuat xidmətlərinin materialları olmaqla, 154 xəbər, 7 icmal və analitik material, 4 müsahibə, 1 reportaj və 1 fotoreportaj hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR