18 Aprel 2024, Cümə axşamı

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi əməkdaşlarının 2020-ci ildə nəşr olunan əsərlərinin biblio­qrafik göstəricilərindən ibarət kitabın təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev “Biblioqrafik göstəricilər” kitabının 2018-ci ildən başlayaraq Elm və təhsil şöbəsi tərəfindən tərtib olunduğunu söyləyib. Bildirib ki, əməkdaşların elmi və publisistik fəaliyyətlərinin əksini tapdığı, sayca dördüncü kitab həm illik göstəricilərin ayrı-ayrılıqda təhlil olunmasında, həm də tədqiqat materiallarının mənbəyinin tez və asan əldə edilməsində əhəmiyyətlidir.

AMEA Naxçıvan Bölməsi aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov diqqətə çatdırıb ki, yeni nəşrin layihə rəhbəri və baş redaktoru akademik İsmayıl Hacıyev, tərtibçisi isə filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovadır.

İki hissədən ibarət nəşrin birinci hissəsində il ərzində nəşr olunan əsərlər, ikinci hissədə isə köməkçi göstəricilər verilmişdir. Burada 38 kitab, monoqrafiya, metodik vəsait, xəritə və buklet adlarının əlifba göstəricisi, respublika jurnallarında çap olunmuş 288 məqalənin, kitab və toplularda 144 məqalənin, xaricdə nəşr olunmuş 99, rus dilində dərc olunmuş 52 əsərin adlarından ibarət əlifba göstəricisi təqdim edilib.

Tədbirin sonunda professor Əbülfəz Quliyevin, dosentlər Qulu Həziyev və Fərman Xəlilovun təklifləri dəyərləndirilib.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR