15 Yanvar 2025, Çərşənbə

Naxçıvan Müəllimlər İnstitutunda təşkil olunmuş təkmilləşdirmə kursunu başa vuran muxtar respublikanın ümumtəhsil məktəblərinin bir qrup psixoloq-müəllimlərinə sertifikatlar verilmişdir.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli bildirmişdir ki, 1999-cu ildən başlayaraq mərhələ-mərhələ həyata keçirilən yeni təhsil islahatında, başlıca olaraq, yeni təlim metodlarını mənimsəmiş müəllim hazırlığının təşkili işi problem kimi qarşıya qoyulmuşdur. İbtidai sinif və fənn müəllimləri ilə yanaşı, psixoloq-müəllimlərin də hazırlığı nəzərdə tutulmuşdur. Bu məqsədlə institutumuzda psixoloq-müəllimlər üçün müntəzəm olaraq qısamüddətli (60 saatlıq) kurslar təşkil olunur. Bundan əvvəl təşkil edilmiş iki qrupa 60 nəfərdən çox psixoloq-müəllimin cəlb olunduğunu vurğulayan rektor qeyd etmişdir ki, bu gün üçüncü qrupa sertifikatlar verilir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rəşad Əlizadə çıxış edərək qeyd etmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunun və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi belə tədbirlər təhsil işçilərinin təhsil prosesində uğur qazanması ilə nəticələnir. Müəllim və psixoloqların bu ali təhsil ocağında təkmilləşdirmə kurslarına cəlb olunması onlara günün tələbləri səviyyəsində bilik və təcrübə qazandırmış olur.
Sonda kursu bitirən psixoloq-müəllimlərə sertifikatlar, tədris və təlim vəsaitləri təqdim edilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR