15 Yanvar 2025, Çərşənbə

Naxçıvan Dövlət Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında yaradılan virtual əlaqə vasitəsilə Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla onlayn görüş keçirilib.
Onlayn görüşdə NDU-nun rektoru, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkəmizdə İKT sahəsində əldə olunan uğurların dövlətimiz tərəfindən stimullaşdırılması üçün əlavə imkanlar açıb.

Rektor universitetdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən, bu sahədə əldə olunan uğurlardan, yeniliklərdən söz açıb. Qeyd olunub ki, 4G tipli ən sürətli internet sistemi Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında uğurla sınaqdan keçirilib. Bundan başqa, ali təhsil ocağında beynəlxalq videokonfransların keçirilməsi, virtual əlaqələrin inkişafı, elektron kitabxananın təkmilləşdirilməsi, “Elektron universitet” layihəsinin reallaşdırılması ilə bağlı mühüm işlər görülüb.
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov bu günlərdə ilk süni peykimiz olan “Azərspace-1”in orbitə buraxılmasının müstəqillik tariximizdə ən yaddaqalan hadisələrdən biri olduğunu önə çəkərək bunun ölkəmizin dünyada və dünyanın kosmik ölkələri sırasında imicinə müsbət təsirindən, iqtisadi üstünlüklərindən danışıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Naxçıvan Dövlət Universiteti ilə qurulan əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib, rəhbərlik etdiyi təhsil müəssisəsində İKT sahəsində görülən işlərdən, təhsil və tədrisin keyfiyyətinin artırılmasına xidmət edən müasir texnologiyaların imkanlarından söz açıb.

Səadət ƏLİYEVA

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR