09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə ümumrespublika fənn olimpiadasının birinci mərhələsi keçirilib.
Olimpiada muxtar respublikanın bütün rayon mərkəzlərindəki tam orta məktəblərində təşkil olunub. Naxçıvan şəhərində isə 14 nömrəli məktəbdə keçirilib.
Olimpiadada muxtar respublika üzrə 652 şagird iştirak edib. Onlar 8 fənn – Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, kimya, biologiya, coğrafiya, tarix və informatika üzrə öz biliklərini sınayıblar.
Sualları cavablandırmaq üçün iştirakçılara dəqiq fənlər üzrə 180, humanitar fənlər üzrə isə 90 dəqiqə vaxt verilib.
Qeyd edək ki, olimpiadanın birinci turunda göstərdiyi nəticələr qənaətbəxş hesab edilən iştirakçılar yarımfinala vəsiqə qazanacaqlar.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR