Bu il 38 nəfər nəzarətçi-müəllim Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fəxri fərmanla təltif edilib. Ümumilikdə 12 ildə təltif edilən müəllimlərin sayı 363 nəfər olub.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinörə, DİM-in bazasında 15 mindən çox nəzarətçi-müəllim barədə məlumat var:
”2008-ci ildən başlayaraq, nəzarətçi müəllimlərin işlərini qiymətləndiririk. 10 ildən çox bizimlə əməkdaşlıq edən, təyin edildyi zallarda köçürmə halına yol verməyən, imtahan protokolunda qeyri-kafi qiymət almayan və s. kriteriyalara uyğun olan nəzarətçilər mükafatlandırılır. Fəxri fərman alan müəllimlər isə daha ciddi kriteriyalar əsasında seçilir”.
M.Abbaszadə əlavə edib ki, bu il 50 nəzarətçi-müəllim DİM-in imtahanlarında iştirak etdikdən sonra sentyabrda başlayan müharibədə iştirak edib. Onların 4-ü şəhid olub.