Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 27 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə, xidməti vəzifələrinin icrası zamanı peşəkarlıq göstərdiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da vardır.
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:
Ələsgərov Vəli Məmiş oğlu – general-mayor
“Vətən uğrunda” medalı ilə:
Qəhrəmanov Elmar Elman oğlu – kapitan
“Hərbi xidmətlərə görə” medalı ilə:
Seyidov Rəşad Mirfəddin oğlu – mayor
AzərTAc