Martın 18-də Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq Konfrans işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev konfransda nitq söylədi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Gürcüstanın xarici işlər naziri xanım Maya Pancikidzeni qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin intensiv xarakter daşıdığı qeyd olundu, beynəlxalq və regional əməkdaşlığın önəmi vurğulandı, “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda təşkil olunan Beynəlxalq Konfransın əhəmiyyəti yüksək qiymətləndirildi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı, Mərakeş Krallığının daxili işlər naziri Mohaned Lanseri, Asiya İnkişaf Bankının vitse-prezidenti Ksiao Jaonu da qəbul etmişdir.
AzərTAc