05 Yanvar 2025, Bazar

Naxçıvan şəhərinin Nəsirəddin Tusi küçəsində inşa olunan Naxçıvan Biznes Mərkəzində hazırda son tamamlama işləri görülür.
Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Biznes Mərkəzinə baxmış, son tamamlama işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, milli memarlıq ənənələrinə uyğun olaraq inşa edilən mərkəz inzibati hissə və geniş sərgi salonundan ibarətdir. 1800 kvadratmetr olan sərgi salonunda müasir soyutma və istilik sistemləri quraşdırılmışdır. Hazırda salonda ayrı-ayrı pavilyonların qurulması işləri həyata keçirilir. Binada müasir tərcümə avadanlıqları, proyektorlar və səsgücləndiricilər quraşdırılmışdır. Burada yaradılan şərait müxtəlif tədbirlərin, biznes forumların, işgüzar görüş və konfransların keçirilməsinə imkan verəcəkdir. Həmçinin mərkəzdə yerli məhsulların tanıdılması və satışı da həyata keçiriləcəkdir.
İnzibati hissədə geniş zal və ayrı-ayrı iş otaqları vardır. Burada Naxçıvan Biznes Mərkəzinin işçilərinin fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Ali Məclisin Sədri görülən işlərlə yaxından tanış olmuş, son tamamlama işlərinin gedişi ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR