05 Yanvar 2025, Bazar

Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçirilən quruculuq işlərinin əsas tərkib hissəsinə çevrilmişdir. Rayon və kəndlərdə olduğu kimi, paytaxt Naxçıvan şəhərinin avtomobil yolları da müasir tələblər səviyyəsində yenidən qurulur.
Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində aparılan yol-tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, şəhərin Cəlil Məmmədquluzadə küçəsindən keçməklə Əziz Əliyev küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən yolun ümumi uzunluğu 1,5 kilometrdir. Tikinti işləri zamanı yolun yatağı genişləndirilərək 23 metrə çatdırılmış, köhnə asfalt örtüyü götürülmüşdür. Hazırda yol yatağında bərkitmə işləri aparılır, ərazidəki rabitə və elektrik xətləri yeraltı sistemə keçirilir, yol asfalt örtüyün verilməsi üçün hazır vəziyyətə gətirilir. Dörd hərəkət zolağından ibarət olacaq yolun kənarlarında 3 kilometr uzunluğunda səkilər salınacaq, yağış sularının axıdılması üçün beton suaxıdıcılar çəkiləcək, yolun hər iki tərəfində işıqlandırma sistemləri qurulacaqdır.
Nəqliyyatın daha intensiv hərəkət etdiyi bu yolda tikinti işləri başa çatdırıldıqdan sonra Əziz Əliyev küçəsi-Heydər Əliyev prospekti və əks istiqamətdə avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin olunacaqdır.
Ali Məclisin Sədri yolun layihəsinə baxmış, tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR