05 Yanvar 2025, Bazar

Muxtar respublikamızda dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi üçün ayrılan bina yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova məlumat verilmişdir ki, binanın yenidən qurulmasına bu ilin yanvar ayında başlanılmışdır. Qısa zamanda binanın interyeri müasir görkəmə salınmış, qapı və pəncərələri dəyişdirilmiş, elektrik və istilik xətləri yenilənmiş, dəhlizlərə mərmər döşənmişdir.
İki mərtəbədən ibarət olan binada 13 iş otağı, arxiv, iclas zalı və yardımçı otaqlar istifadəyə verilmiş, iş otaqları mebel dəstləri ilə təmin edilmişdir. Yenidənqurma zamanı keyfiyyətə diqqət yetirilmiş, fasad hissəyə müasir görkəm verilmiş, yeni qazanxana yaradılmışdır.
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Fazil İbrahimov yaradılan yüksək iş şəraitinə görə kollektiv adından minnətdarlıq etmiş, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində səylə çalışacaqlarını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR