09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-İran ikitərəfli münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı səfərin qonaqların ölkəmizlə bir daha yaxından tanış olmaları üçün də yaxşı fürsət yaradacağını qeyd edib. İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana, özünün isə İran İslam Respublikasına rəsmi səfərlərindən sonra ikitərəfli əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu deyən dövlətimizin başçısı ölkələrimizin siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə inkişafından məmnunluğunu ifadə edib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırlayan İsmayıl Cabbarzadə hələ o vaxtlar Naxçıvanla çox yaxşı əlaqələrin qurulduğunu vurğulayaraq Azərbaycanın bugünkü inkişafının təməlinin məhz o zamanlar ulu öndər tərəfindən qoyulduğunu məmnunluqla qeyd edib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR