05 Yanvar 2025, Bazar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.
Münasibətlərimizin daha da möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək vermələrinin önəmini qeyd etdi.
Rumıniya Deputatlar palatasının sədri Valeriu Zqonea ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalandıqdan sonra dostluq əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu vurğuladı. Azərbaycan ilə Rumıniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafının razılıq doğurduğunu deyən qonaq bu əlaqələrin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini qeyd etdi.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında enerji sahəsində əməkdaşlıq, investisiya qoyuluşu, Avropa strukturları və eləcə də beynəlxalq regional təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Böyük Britaniyanın Xarici və İttifaq Məsələləri üzrə Ofisi katibinin daimi müavini və diplomatik xidmətin rəhbəri Saymon Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR