Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfərə gedib.
Dövlətimizin başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da “Ucar Aqro” MMC-nin quş kəsimi və broyler fabriklərinin fəaliyyəti ilə, “Fermer” yol-istirahət mərkəzində yaradılan şəraitlə tanış olub, Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının, Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın, Ucar Gənclər Mərkəzinin, Göyçay-Ucar avtomobil yolunun açılışlarında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucara səfərini başa çatdıraraq Göyçay rayonuna gedib.
Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib, Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub.
AZƏRTAC