Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Türkiyə Respublikasının gömrük və ticarət naziri Cenap Aşçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İki ölkənin gömrük orqanlarının birgə komissiyasının fəaliyyətə başlamasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı komissiyanın iclasında bu sahə ilə bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə, qarşılıqlı təcrübə mübadiləsinin aparılacağına ümidvar olduğunu bildirib.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlayan Cenap Aşçı Türkiyənin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində çox yaxşı əlaqələrə malik olduğunu vurğulayaraq bu sahədə ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün böyük əhəmiyyət daşıdığını deyib.
AZƏRTAC