Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Quliyeva Səkinə Elxan qızı – Naxçıvan Musiqi Kollecinin tələbəsi, fortepiano üzrə
Ramazanlı Uğur Hüseyn oğlu – Culfa Şəhər Uşaq Musiqi Məktəbinin şagirdi, fortepiano üzrə
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 30 sentyabr 2015-ci il