Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 30 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizə aparılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları da vardır.
“Dövlət qulluğunda
fərqlənməyə görə” medalı ilə:
Rəhimov Daşqın Hidayət oğlu
Səfərov Faiq Rəsul oğlu