09 Yanvar 2025, Cümə axşamı

Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşmüşdür.

Qonağı salamlayan Ali Məclisin Sədri onun Azərbaycan-Fransa əlaqələrinin inkişafındakı xidmətlərini qeyd etmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa arasında bir çox istiqamətlərdə, xüsusilə elm, təhsil və incəsənət sahələrində əlaqələrin mövcud olduğunu bildirən Ali Məclisin Sədri əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə inamını ifadə etmişdir.

Muxtar respublikaya səfərindən məmnunluğunu bildirən Paskal Mönye ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən danışmış, Naxçıvan Muxtar Respublikasının inkişafının əlaqələrin genişləndirilməsi üçün geniş perspektivlər açdığını bildirmiş və Naxçıvan Dövlət Universitetində fransız dilinin tədrisi üçün yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Söhbət zamanı mövcud əməkdaşlıq imkanları müzakirə olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR