09 Yanvar 2025, Cümə axşamı

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclası olub.
Prezident İlham Əliyev 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini bildirərək bu Oyunların həm dünya, həm İslam aləmi üçün əhəmiyyətini qeyd edib. Bir neçə gün əvvəl Oyunların Təşkilat Komitəsinin yaradılması ilə bağlı Sərəncam imzaladığını deyən Prezident İlham Əliyev komitəyə rəhbərliyin Mehriban Əliyevaya həvalə olunduğunu bildirib.
Bu günə qədər keçirilən tədbirlərin ölkəmizin gücünü, təşkilatçılıq qabiliyyətini nümayiş etdirdiyini deyən Mehriban Əliyeva vurğulayıb ki, İslam Həmrəylik Oyunları müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq.
Gənclər və idman naziri, Oyunların Təşkilat Komitəsinin üzvü Azad Rəhimov çıxışında birinci Avropa Oyunlarının yüksək səviyyədə keçdiyini, IV İslam Həmrəylik Oyunlarının da beynəlxalq standartlara uyğun şəkildə təşkil ediləcəyini, bunun üçün ölkəmizdə bütün imkanların olduğunu diqqətə çatdırıb.
İclasa yekun vuran Prezident İlham Əliyev Təşkilat Komitəsinin bütün vəzifələri uğurla icra edəcəyinə əminliyini bildirib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR