Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Əl-Barrakı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan-İraq ikitərəfli münasibətlərinin çox yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq səviyyədə əməkdaşlıq etməsini və bir-birinə qarşılıqlı dəstək verməsini yüksək qiymətləndirib. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.
Heydər Şiya Əl-Barrak qarşıdan gələn Qurban bayramı münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəmədiyini deyən Heydər Şiya Əl-Barrak səfirliyin fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
AZƏRTAC